Zeynəb Xanlarova öz oğlunu da müharibəyə göndərəcəkmi? - Bizim reaksiya

Zeynəb Xanlarova öz oğlunu da müharibəyə göndərəcəkmi? - Bizim reaksiya Millət vəkili Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Missiya.Az xəbər verir ki, Z.Xanlarova münaqişənin birdəfəlik həllini müharibə etməkdə gördüyünü deyib.


"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq. Müharibə edək, bitsin bu məsələ. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?" Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, "Dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?" - deyə millət vəkili bildirib.

Çıxışı diqqətlə nəzərdən keçirdikdə ziddiyətli məqamların olduğu ortaya çıxır. Maraqlıdır ki, nədənsə Zeynəb Xanlarova öz oğlanlarının müharibəyə gedəcəyi ilə bağlı bir kəlmə belə deməyib.

Başa düşürük ki, Zeynəb xanım vətənpərvərdir, xalqına, dövlətinə bağlı adamdır. Budəfəki açıqlamasının da onun məhz milli hisslərindən irəli gəldiyini düşünə bilərik. Amma, müharibə çağırışı edən ana gərək ölənlər(qırılanlar) sırasında öz oğlanlarının da olacağını deyəydi. Bax, onda bu çağırış səmimi qəbul olunardı. Bəli, Zeynəb xanımın əli silah tuta biləcək iki oğlu var. Niyə onlar evdə oturmalı, analarının şöhrətindən qidalanmalıdırlar? Hamımız bu vətənin övladıyıq və Qarabağ hamımızın torpağıdır.
Zeynəb Xanlarova öz oğlunu da müharibəyə göndərəcəkmi? - Bizim reaksiya

Ramal Babayev - Zeynəb Xanlarovanın oğlu
Əlbəttə, sabah Ali Baş Komandan əmr verərəsə, bizim hamımız torpaqlarımızı işğaldan azad etməyə yolllanacağıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Amma Zeynəb Xanlarova müharibə istəsə də, nədənsə döyüşəcək kişilər sırasında öz oğlanlarını görmür. Bir ana kimi başqa analara xitab edirsə, deməli hər kəsə nümunə göstərməli və deməlidir ki, mənim iki oğlum da Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşməyə və şəhid olmağa hazırdırlar. Bunu demirsə, onda gərək bizi üzürlü bilsin, onun səmimiyyətinə şübhə edirik. Suallarımız isə açıq qalır: Müharibə başlayarsa, Zeynəb Xanlarova da öz övladlarını döyüşə göndərəcəkmi? O da gözü yaşlı və sinəsinə bala dağı çəkilmiş analar sırasında dayanmağa hazırdırmı?..

Millət vəkilinin çıxışında daha bir ziddiyətli məqam var. Məlumdur ki, fevranın 16-da Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platforması qoşulması haqqında bəyanat yayıb.

Zeynəb Xanlarova öz oğlunu da müharibəyə göndərəcəkmi? - Bizim reaksiya


Z.Xanlarova bu bəyanatın üzərindən heç10 gün keçməmiş Milli Məclisin kürsüsündən xalqa müharibə çağırışı edir. Hansına inanaq?..
Sülh Platformasının üzvləri təşkilatın adından da göründüyü kimi sülhə köklənməlidir. Xalqları sülhə hazırlamalıdır. Onda belə nəticəyə gəlmək olar ki, Zeynəb xanımın platformadakı varlığı yalnız fomal xarakter daşıyır. Çünki millət vəkili Sülh Platformasının üzvü olduğu halda əhaliyə müharibə çağırışı edir.

İslam
Missiya.Az
Tarix: 26-02-2017, 21:37




Xəbər lenti