Dörd icra başçısı Heydər Əliyev Fondu adından pul yığır - Şok ittiham

Dörd icra başçısı Heydər Əliyev Fondu adından pul yığır - Şok ittiham “Ölkəmizi tanıyaq” layihəsi bölgələrdə rüşvətə yol açıb

Palitika.Az-a verilən xəbərə görə, bu layihə prezidentin təşəbbüsü və sərəncamı ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilir.


Lakin hər bir məktəb direktoru tura göndərdiyi şagird üçün 250-300 manat ödəmək məcburiyyətində qalıb.

Ucar, Göyçay, İsmayıllı, Zərdab rayonlarında "Ölkəmizi tanıyaq" layihəsi ilə hər məktəbdən seçilmiş şagirdlər qrup şəklində müxtəlif tarixi abidələrlə zəngin bölgələrə turlar təşkil edilir.

Bu pulu verə bilməyən direktorlar imkanlı valideynlərin uşaqlarını göndərməklə tələb olunan pulu onların hesabına ödərlər.

Prezidentin sərəncamında bu layihə yaxşı oxuyan və imkansız ailələrin uşaqlarına üstünlük verilməsini nəzərdə tutur. Belə görünür ki, rayon icra hakimiyyətləri məktəb direktorlarından pul yığır.

Çünki Fond tərəfindən layihə maliyyələşdirilir və şagirdlər üçün turlar təşkil olunur. Lakin yuxarıda adı keçən 4 rayonun icra hakimiyyətləri məktəb direktorlarını çıxılmaz vəziyyətdə qoyublar.

Palitika.Az xəbər verir ki, Ucarın icra başçısı Mənsur Məmmədov, Göyçayın rəhbəri Mehdi Səlimzadə, Zərdabın şefi Lütfəli Babayev, İsmayıllının başçısı isə Mirdaməd Sadıqovdur.

Onların adları son vaxtlar bir çox xoşagəlməz məlumatlarda keçir. RİH-lərinə verilən möhlətin tamamına bir ay qalmış bərbad reputasiyaya malik olmaları vəzifədən getmək ehtimallarını gücləndirir.

Ümumiyyətlə, gələcəkdə İH strukturu anlayışı formal, əhəmiyyətsiz, səlahiyyətsiz bir instituta çevriləcək.

Nəticədə İH-lərinin ləğvi gerçəkləşəcək. Necə ki, bir ara bunu deputatlar da dilə gətirirdilər.

Prezident İlham Əliyev əvvəlki müşavirələrdə icra başçılarına xəbərdarlıq etmişdi ki, onların fəaliyyətinə xarici investorları cəlb etmək və özlərini necə aparmaq kontekstində qiymət veriləcək.

Ölkə başçısı sonuncu müşavirədə də məmurlara və onların ailələrinə sərt mesajlar verdi. Bu ismarıclar təkcə xəbərdarlıq xarakterli deyildi, həm də ilin sonunda başlanacaq prosesə işarəydi.

Sitat: "Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir.

Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir”.

İ.Əliyev bu çıxışı ilə konkret vaxt göstərdi, gün təyin etdi, tapşırıq verdi və rayon icra hakimiyyəti başçıları üçün sınaq müddətini açıqladı.

Təxminən 5 ay möhlət verilib ki, icra başçıları özlərini yaxşı tərəfdən göstərə bilsinlər. Əks təqdirdə Prezident Administrasiyasına onların dosyesi təqdim olunacaq və adekvat addımlar atılacaq.

Əslində, 26 sentyabr referendumu ərəfəsində də PA rəsmiləri icra başçıları ilə bağlı açıqlamalar verirdilər, mərhələli şəkildə dəyişikliklər olunacağı deyilirdi.

Habelə əhalini qıcıqlandıran, "qırmızı xətti” keçən məmurların bağışlanmayacağına eyhamlar vurulurdu.

Yaşar Nuriyev

Palitika.Az
Tarix: 19-11-2017, 22:41




Xəbər lenti