Lotu Qulinin Avropaya “səlib yürüşü”dən sensasion gizlinlər - ÖZƏL

Lotu Qulinin Avropaya “səlib yürüşü”dən sensasion gizlinlər - ÖZƏL “Lotu Quli” ləqəbi ilə tanınan ''qanuni oğru'' Nadir Səlifova Avropadakı “vəziyyətə” də nəzarətin tapşırılması xəbəri ciddi reaksiya doğurub

Palitika.Az xəbər verir ki, N.Səlifov Avropada ciddi nüfuz sahibi və əlaqələrə malikdir. Onun fəaliyyətini genişləndirəcəyi gözlənilir.

Bir vaxtlar İspaniya, İtaliya kimi ölkələrdə kriminal aləmlə Rövşən Lənkəranskinin münasibətləri var idi. Görünür ki, Lənkəranskidən sonra estafet Lotu Quliyə keçir.

Onun Avropaya “səlib yürüşü”nün səs-sorağı yəqin ki, yaxın aylarda eşidiləcək.

Bu məlumatın ardınca “Azadlıq” qəzetinin baş redaktoru, “Turan” TV rəhbəri Qənimət Zahid ona sui-qəsd təhlükəsinin olduğunu açıqlayıb.

Belə ki, criminal.az saytı ''Lotu Quli'nin' Almaniyada böyük nüfuza sahib olan Sinan adlı avtoritetə ''vəziyyət''ə nəzarəti həvalə etdiyini yazıb.

Saytın yaydığı məlumatda iddia olunur ki, Sinan bar və kazinolarda azərbaycanlılara narkotik satanların ağır formada cəzalandırılması ilə bağlı tapşırıq verib.

Lakin “Quli”nin Avropada fəaliyyət trayektoriyasının təkcə narkotik satanlarla məhdudlaşmadığı söylənir.

Çünki bu məlumatdan sonra Q.Zahid ad çəkmədən yazıb ki, bir kriminal avtoritet Meydan TV-nin Almaniyada yaşayan aparıcı simaları - Emin Milli və Həbib Müntəzirin, eləcə də Fransada özünün zərərsizləşdirilməsi ilə bağlı əməliyyatı icra etməyə razılıq verib.

Həmin avtoritetin N.Səlifov yoxsa başqası olduğu açıqlanmayıb.

Sadəcə, “Lotu Quli”nin Avropa üzərindən fəaliyyət keçdiyi haqda xəbərlər və Q.Zahidin yazdıqları ilə eyni dövrə təsadüf edir.

Palitika.Az xəbər verir ki, hətta baş redaktor çıxışında avtoritetin kimliyinə eyham da vurub:

“Bu məsələnin təfərrüatları həmin avtoritetin son zamanlar Azərbaycandan ezam edilmiş bir jurnalistlə görüşündə də müzakirə edilib. Mənə çatdırılan xəbərdə bildirilir ki, azərbaycanlı kriminal avtoritet bu terror əməliyyatlarını birbaşa deyil, Türkiyənin və Rusiyanın bəzi cinayətkar qruplaşmaları vasitəsilə həyata keçirəcəyini planlaşdırıb. Bu əməliyyatın indi hansı səviyyədə olduğunu deyə bilmərəm, amma bu mətni yazdığım ana qədər onun hələ başa çatmadığını deyə bilərəm”.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycandan yalnız jurnalist Eynulla Fətullayev İstanbula gedərək N.Səlifovla görüşüb və oradan reportaj yazıb.

Amma “oğru dünyası”nda qələm əhlinə xüsusi hörmət var və onlara əl qaldırmağa müsbət münasibət bəslənmir.

Odur ki, iddiaların nə dərəcədə səhih və əsaslı olduğunu Q.Zahid daha yaxşı bilir. Üstəlik, hansısa kriminal avtoritetlə onun nə kimi probleminin olması maraqlıdır.

Hər halda blef və şişirdilmiş iddialar olduğu real görünür. Ancaq məsələnin əsas tərəfi N.Səlifovun Avropada güclənməsi xəbəridir.

Ona ciddi şəkildə “stavka” olunduğu ehtimal edilir. Bütün qapılar üzünə açılır və yeni era başlanır. Bu era ilə paralel isə Lənkəranskinin qardaşının da dönəmi start götürür.

Düzdür, noyabrın 2-də "Lotu Quli”ni öldürmək üçün sui-qəsd planının qarşısı Türkiyə polisi tərəfindən alıb.

Onu öldürməyi planlaşdıran "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev barəsində İstanbul məhkəməsi həbs qərarı çıxarıb.

Keşlə gömrük postunun rəisi olmuş N.Canıyevin N.Səlifovla mübarizəsinin bitmədiyi göz qabağındadır. Bu həbslə Lotu Quli üçün təhlükə sovuşmayıb...
Tarix: 19-11-2017, 23:13




Xəbər lenti