Rahib Salmanov deputat Sargis Saroyanı müflisləşdirib

Rahib Salmanov deputat Sargis Saroyanı müflisləşdirib Rusiyanın Kamçatka diyarının məhkəməsi fərdi sahibkar, Petropavlovsk-Kamçatski şəhər dumasının deputatı, 55 yaşlı Sargis Saroyanı müflis elan edib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Saroyanın müflis edilməsi barədə iddia ərizəsini sahibkar Rahib Azərbaycan oğlu Salmanov verib.

Saroyan barəsində borcların 4 ay ərzində restrukturizasiyası ilə bağlı qərar qəbul edilib, eyni zamanda fərdi sahibkara maliyyə idarəedicisi təyin olunub.

“Kamçatka-İnform” yazır ki, 2013-cü ildə Rahib Salmanov deputata 55,5 kvadrat metr sahəsi olan ticarət pavilyonu satıb. Sövdələşmənin məbləği 16,5 milyon rubl təşkil edib. Bu məbləğdən sahibkar yalnız 11 milyon 274 min rubl ala bilib. Yerdə qalan məbləği isə alıcı tərəf ödəmək istəməyib. Bununla bağlı Salmanov məhkəməyə müraciət edib. İddia məbləği 7,7 milyon rubl (5,2 milyon rubl əsas borc + 2,4 milyon rubl 2,5 il ərzində yığılmış borc faizi) olub.шаблоны для dle 11.2
Tarix: 14-12-2017, 23:25




Xəbər lenti