Əhmədzadələr və qudası 400 minə toy edən məmur kimi cəzalana bilər - Video

Əhmədzadələr və qudası 400 minə toy edən məmur kimi cəzalana bilər - Video
Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir

FİA.Az -ın verdiyi məlumata görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub

Məlumata görə, gəlin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.


Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

“Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.

Murad Bozun Azərbaycana toya neçəyə gəldiyi məlum olub.

Sənətçinin sözügedən məclisə səfərini təşkil edən şəxs açıqlanan 400 min dollarlıq rəqəmin həqiqəti əks etdirmədiyini, ona verilən qonorarın aşağı olduğunu qeyd edib.

Təşkilatçının sözlərinə görə, Murada məclisdə iştirak üçün 80 min TL (40 min manat) ödənilib. Eyni zamanda, ifaçının Azərbaycana özəl təyyarə ilə gəlməsinə də aydınlıq gətirilib.

Bildirilib ki, M.Boz İstanbuldan Bakıya adi reyslə gəlib, Bakıdan isə birbaşa Adanaya özəl reyslə uçub.

Belə ki, toydan dərhal sonra müğənni Adanada konsertə qatılıb. Həmin konsertin təşkilatçıları olan iş adamları Bozun arxasınca Azərbaycana özəl təyyarələrini göndəriblər.

Əhmədzadənin qardaşının nəvəsinə etdiyi bahalı toy təminən Bakı Liftlər İdarəsi direktoru Qüdrət Şükürovun qızına 400 minlik toy xərci çəkməsinə oxşayır.

Təbii ki, bəyin atasının da şöbə müdiri olması, anasının ticarətlə məşğul olması, eləcə də Əhmədzadənin qardaşının böyük imkanlara malik olması bu toyun smeta dəyərini aydınlaşdırır.

FİA.Az xəbər verir ki, prezident İlham Əliyev məmurlara, imkanlı şəxslərə dəbdəbəli məclislər təşkil etməməyi tövsiyə edib.

Ancaq göründüyü kimi, onların arasında nəticə çıxarmayanlar, prezidenti eşitməyənlər də var. Ə.Əhmədzadənin özü illərdir ki, dövlətin pullarını talan edərək oliqarxa çevrilib.

Meliorasiya sahəsində milyonluq tenderlər, layihələr onu varlandırıb və nazir səviyyəsində imkanlaşdırıb.

Bu faktın özü göstərir ki, PX-də şöbə müdiri olan bəyin atası da, Əhmədzadənin qardaşı və oğlu da yuxarılar tərəfindən danlana bilər. Ölkə başçısı dəfələrlə bildirib ki, xalqın sıravi üzvləri kimi sadə toylar edin, israfçılıqdan, dəbdəbədən qaçın.

Ancaq onlar çəkdirdiyi fotolarla, paylaşımlarla əhalinin gözünə soxurlar ki, əhalisi kasıb olan neft ölkəsinin zənginləri necə yaşayır. Bu da təbəqələşmə, qıcıqlandırma yaradır.

Çünki belə sosial fərqlər cəmiyyətdə gərginlik yaradır. Məmurların, yaxınlarının bahalı məclisləri, milyonluq toyları, ad günləri gündəlik çörək pulu güclə tapan, işsiz, borc-xərc içində batan əhalidə qəzəb oyadır.

“Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam.

Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə Prezident bildirmişdi. шаблоны для dle 11.2
Tarix: 16-01-2018, 23:19




Xəbər lenti