Yevlax "QAİ" ləri Bərdəliləri Yevlaxdan didərgin salıblar

                 Yevlax şəhər Yol Patrul Xidməti bölməsinin bəzi  inspektorları qonşu rayon sakinlərinə düşmən ölkənin vətəndaşları kimi baxırlar.                              Belə ki, mən Çapay Qəzənfər oğlu Sadıqlı Yevlax şəhərindən on-on iki kilometr məsafədə yerləşən Bərdə rayon Samux kəndində yaşayıram.Özümə məxsus minik maşınımla  Yevlax şəhərinə tez-tez gedirəm.             Yevlax şəhər YPX-yə məxsus 603 seriyalı xidməti maşınla hərəkət edən yol polis əməkdaşları məni tez-tez saxlayıb, lüzumsuz yerə, sənədlərimi yoxlayır və məni incidirlər. Mənə deyirlər ki, müəllim Yevlağa bu qədər gəlib-gedirsən heç bizə görüm- baxım etmirsən. Mən onlara dedim ki, sizə nə görüm-baxım etməliyəm, Yexlağa girdiyimə görə, kiməsə, nəyəsə haqq ödəməliyəmsə, deyin bilim. Məni daha çox incidən`Yevlax şəhər YPX inspektoru Xəlilov Çingizdir.  Əslində mən bu inspektor cənabın səsini yaza bilərdim..videosunu çəkə bilərdim..   Və yenədə istənilən vaxt çəkə  bilərəm.                                                                             Mən cənab Ramiz Zeynalova üzümü tutub deyirəm ki, bir az da əyalətlərə diqqət yetirsin. Əyalətlərdə vəziyyət get-gedə dözülməz həddə çatır. Uzun illər  xalq arasında qazandığınız  hörmətinizi bu yenicə ""PARLAYAN""rayon QAİ ləri"nin tökməsinə yol verməyin. Mən sadə müəlliməm..heç kimin işdən çıxmasını istəmirəm.. ancaq insanlara hörmətlə yanaşılmasını istəyirəm.                                                                            Redaksiyadan: Ümid edirik Cənab Ramiz müəllim inspektor Xəlilova ziyalılarla necə rəftar etməyi öyrənməyi tövsiyyə edəcək.                ÇAPAY SADIQLI. BƏRDƏ.                                                                                      Siam.az шаблоны для dle 11.2
Tarix: 11-01-2019, 08:33




Xəbər lenti