Sabirabadda tükürpədici özbaşınalıq: uşaqları zorla atadan ayırırlar…

 Sabirabada atanı övladlarından zorla və qanunsuz yerə ayırmağa cəhd göstərilir. Bu barədə rayon sakini Əhmədov Vüsal haray səsini ucaldıb. Reportyor.info xəbər verir ki, Ali Məhkəmə sədri Ramiz Rzayevə, Ədliyyə naziri Fikrət Məmmədova üz tutan V.Əhmədov imdad diləyib. Onun sözlərinə görə, 2011-ci ildə ailə həyatı qurub, bu evlilikdən iki övladı var. Uşaqlardan biri 2012, biri 2013 təvəllüdlüdür. 2017-ci ildən rəsmi olaraq boşanıb.
Amma uşaqlar indiyə qədər atalarında qalıb. Bu müddətdə uşaqlar V.Əhmədovun himayəsindən, atalıq qayğısından narazı olmayıb. Boşandığı gündən isə qarşı tərəf bu vaxtacan uşaqları axtarmayıb. Müraciət müəllifi deyir ki, qarşı tərəf uşaqları guya ona göstərməməkdə ittiham edir: “Uşaqlar məktəblidir və ən azından gedib orada görə bilərdilər, amma getməyiblər. Sabirabad rayon İcra probasiya şöbəsi uşaqları zor, güclə alıb anaya verilməsini təmin edir. Halbuki məhkəmənin qərarında yazılıb ki, anada qalmağı məsləhətdir. Orada qeyd olunmayıb ki, zorla atadan alınıb anaya verilsin”. Onun sözlərinə görə, uşaqların anasının maddi şəraiti və vəziyyəti onlara baxmağa imkan vermir: “Üstəlik uşaqlar da getmək istəmir. 15.02.2019 ci ildə icra bu qərarı məcburi yerinə yetirəcək. Mən uşaqları könüllü apardım. Uşaqlar anasına getməki istəmədilər.
Xahiş edirəm, bu qanunsuzluğa son qoyulsun. Bakıdan nümayəndə gəlsin, uşaqları ciddi psixoloji problemlərə sürükləyə bilərlər, onlarla işçi qrupu işləməlidir. Bu necə qanundur, uşaqları heçmi fikrləşən yoxdur? Mən müvafiq qurumların rəhbərlərindən, prezidentdən məsələyə reaksiya gözləyirəm”
Qeyd edək ki, bir müddət öncə Quba rayonunda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapmışdır.Həmin zaman Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşmüşdülər.
Reportyor.infoшаблоны для dle 11.2
Tarix: 14-02-2019, 09:52




Xəbər lenti