Qurban Məmmədov: "Əli Kərimli, Cəmil Həsənli və Sevinc Osmanqızı bir mafiyadır, bunlar müxalifət nazirliyidir” - VİDEO


Xaricdəki mühacirlər arasında dava qızışır, suçlamalar ciddiləşir

Böyük Britaniyada fəaliyyət göstərən Azeri Freedom kanalının rəhbəri Qurban Məmmədov yeni videomüraciət yayıb.

Musavat.com xəbər verir ki, Q.Məmmədov bundan sonra canlı yayınlarının başqa bir kanaldan yayımlanacağını anons edib və bunun səbəblərini açıqlayıb: “Əli Kərimli və Sevinc Osmanqızı çətəsi növbəti dəfə bizim 33 minlik kanalımızı da noyabrın 9-a qədər şikayət edib bağladıblar. Sabahdan etibarən Azeri Freedooma aid olan başqa bir kanaldan yayınlanacaqlar. Qurani Kərimdə Allah buyurur ki, onlar sənə qarşı birləşib hiylə qurdular, Allah onların hiyləsini pozdu. Nə edirlərsə etsinlər, biz bu mübarizəni saxlayan deyilik. Allahdan başqa heç kəs bizim qarşımızı kəsə bilməyəcək”.

Q.Məmmədov həmçinin Azərbaycan xalqına müəyyən tövsiyəylər də verib: “Mən Azərbaycan xalqına müraciət edirəm: bilin və ayıq olun. Taleyiniz təhlükəli əllərdədir. Müxaifət adı ilə fəaliyyət göstərənlər də bu rejimin nökərləridir və onlardan yemlənirlər. Sevinc Osmanqızı, Cəmil Həsənli, Əli Kərimli bunlar hamısı bir mafiyadır. Bunların adı müxalifət nazirliyidir. Bu gündən etibarən sizi yeni kanalda xoş gördük. Mübarizə davam edir”.



шаблоны для dle 11.2
Tarix: 12-08-2019, 14:48




Xəbər lenti