Azərbaycanda yalan danışmaq olar: Buna görə heç kəsi detektora bağlamırlar - VƏKİL


Azərbaycanda yalan danışmaq olar: Buna görə heç kəsi detektora bağlamırlar - VƏKİL

Kiyev məhkəməsi keçmiş prezident Petro Poroşenkonu vergidən yayınma işi üzrə yalan detektorundan keçirmək üçün  icazə verib. 

Açıqlamanı Dövlət Təhqiqatlar Bürosunun (DBR) mətbuat xidmətinin rəhbəri Anjelika İvanova “Interfax” agentliyinə verib. Anjelika İvanova deyib ki, Kiyev Peçersk Rayon Məhkəməsinin qərarı yalnız Poroşenkonun razılığı ilə yerinə yetirilə bilər. Keçmiş prezident isə avqustun 12-də jurnalistlərə bildirib ki, poliqrafın suallarını yalnız “Pryamoy” telekanalının studiyasında cavablandırmağa hazırdır. 

Maraqlıdır, Azərbaycanda da məhkəmə və ya istintaq prosesində yalan detektorundan istifadə olunurmu? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən vəkil Kamandar Nəsibov yalan detektorundan istifadə olunmadığını və olunmasının da gözlənilmədiyini bildirib:

“Azərbaycanda istintaq və məhkəmə prosesində yalan detektorundan istifadə yoxdur. Bizdə yalan detektorundan istifadə üçün hüquqi əsas da yoxdur. Bu günə qədər olmayıb. Mən 26 ildir  işləyirəm, sistemdə elə bir şey görməmişəm”. 

Vəkil bildirib ki, yalan detektoroundan istifadəylə bağlı layihə gözlənilmir: “Qanunvericilikdə bununla bağlı dəyişiklik də gözlənilmir”.

шаблоны для dle 11.2
Tarix: 14-08-2019, 22:21




Xəbər lenti