"Onların hərəkətlərinə görə utanıram, öldürəcəklərsə, gəlsinlər öldürsünlər...”






“Bunların İslam dininə heç bir aidiyyatı yoxdur, xurafatdır, yüzlərlə yalançı hədislər var və onları zorla insanlara “sırıyırlar”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov falçıyla videosu yayılan müğənni Mətanət Əsədovanı da qınayıb:

“Bu cür hadisələrə görə çox üzülürəm. Bu müğənnilər geridə qalmışlıqlarını təbliğ edirlər. Bir müddət bundan əvvəl bir seyidin qaloşuna görə minlərlə adamın onun həyətinə üz tutduğunun şahidi oldunuz. İcra başçısı da dedi ki, o qaloş yox, papaq idi. Guya kişinin oğlu düz danışdı. Bunların hamısı biabırçılıqdı. Bizim bəzi alimlərimiz də dinə çox aludə olublar. Bir var həqiqi İslam dini, bu, çox mükəmməl və həqiqətdir. Bir də var bunların İslama aid olmayan təbliğ etdikləri. Bunların İslam dininə heç bir aidiyyatı yoxdur, xurafatdır, yüzlərlə yalançı hədislər var və onları zorla  insanlara “sırıyırlar”.  

O, müğənni xanımın ali təhsili varmı bilmirəm. Mən onların hərəkətlərinə görə utanıram. Bunlar millət haqqında vəhşi, geridəqalmış obrazı yaradırlar. Bu cür adamların məqsədi nədir, baş açmıram. Düşüncə tərzləri budursa, gedib başqa işlə məşğul olsunlar. Bu müğənniləri tənqid etmək lazımdır. Öldürəcəklərsə, gəlsinlər məni öldürsünlər”. 
шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 16:37




Xəbər lenti