Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi, sərbəst buraxdı


Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi, sərbəst buraxdı
Rusiyanın Sankt-Peterburq məhkəməsi bu gün sentyabrın 10-da azərbaycanlı söyüşcül bloqer Elvin İsayevin barəsində qərar çıxarıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, qərara əsasən İsayevin barəsində Dzerjinsk rayon məhkəməsinin qərarı-Rusiyadan xaric edilmə və 5 min rubl cərimə ləğv edilib. İş yenidən baxılması üçün geri qaytarılıb, İsayev miqrantların müvəqqəti saxlanma Mərkəzindən sərbəst buraxılıb.

Elvin İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına söyüşlə zəngin çıxışlar edirdi və dövlət məmurlarına qarşı terrora çağırırdı. İki həftə əvvəl onun Rusiya pasportu ləğv edilərək barəsində deportasiya qərarı çıxarılmışdı. Əsas kimi İsayevin həm də Azərbaycan pasportu daşıdığı göstərilmişdi. Vəkil isə bu qərardan yuxarı instansiyaya şikayət verib.
шаблоны для dle 11.2
Tarix: 10-09-2019, 15:50




Xəbər lenti