Pornoya çəkilən, klipdə oynayan, ifaçılığa meyil salan – İdmanımızın şou ulduzları


Pornoya çəkilən, klipdə oynayan, ifaçılığa meyil salan –

Digər ölkələrdə olduğu kimi, bizdə də bəzi idmançıalr öz sahələri ilə yanaşı, şou-biznesə də üz tuturlar. Belə ki, bəzi idmançılar klipə, filmə, reklama çəkilmək, yaxud mahnı oxumaq eşqinə də düşürlər. 

Bəs o məşhurlar kimlərdir? “Yeni Sabah” sizə şou-biznesdə adı hallanan  Azərbaycan idmançılarını və bu sahədə çalışan vəzifəli şəxslərdən bəzilərini  təqdim edir.

Ruslan Abışov

“Sabah”ın və Azərbaycan milli komandasının üzvü Ruslan Abışov 2011-ci ildə müğənni Sevda Yahyayevanın “Gecdir daha” mahnısının klipində yer alıb.

Mahir Şükürov

Millimizin və “Neftçi”nin sabiq futbolçusu Mahir Şükürov 2012-ci ildə “Xəzər Tv”də yayımlanan “Qaynana” serialında brazilyalı oyumçu kimi rol alıb. “Telekanalın əməkdaşı Ceyhun Rzayev zəng vurub “Qaynana” serialının rejissorunun məni görmək istədiyini dedi. Serialda çəkilməyə razılıq verdim. Təxmini ssenari belədi ki, Tofiq rolunun ifaçısı Elməddin Cəfərov məni braziliyalı Dinyo kimi təqdim edir. Üzümə də qara vurulur ki, guya braziliyalı olduğum bilinsin. Yaxşısı budur, özünüz baxın. Məncə, maraqlı alınıb. Təbii ki, bu seriala görə heç bir pul almayacam. Görünür, ora dəvət almağım “Qaynana”nın daha da populyarlaşması üçün edilib”, - deyə Mahir bildirmişdi.

Elxan Məmmədov 

AFFA-nın baş katibi Elxan Məmmədovun həm də gözəl aktyorluq qabiliyyəti varmıış. Belə ki, Məmmədov 16 il öncə, 24 yaşında Rahim Sadıqbəylinin rejisorluğu ilə “Bəyaz həyat” filminə çəkilib. 

Kamran Ağayev 

Millimizin sabiq qapıçısı Kamran Ağayev meyxana deməsi ilə xeyli məşhurlaşıb. O tez-tez meyxana verlişlərinə də dəvət olunub. Hətta mərhum reper Hüseyn Dərya ilə də birgə meyxana deyib.

Ruslan Əmircanov

Millimizin və “Keşlə”nin sabiq futbolçusu Ruslan Əmircanov da meyxana deməsi ilə illər əvvəl gündəmə gəlmişdi. Onun efirdə Kamran Ağayevlə deyişməsi də gündəm olmuşdu.

Ayşən Əbdüləzimova

Qadın voleybolçulardan ibarət Azərbaycan YIĞMASININ üzvü Ayşən Əbdüləzimova "Procter And Gamble Azərbaycan" şirkətinin Bakı2015 Avropa Oyunları ilə tərəfdaşlığına həsr olunmuş reklam çarxında yer almışdı. 

Mirabdulla Abbasov

“Səbail”in futbolçusu Mirabdulla Abbasov da bu sahədə bəxtini sınayanlardandır. Belə ki, o, şampun reklamında yer alaraq ekranlara gəlmişdi.

Pərdis Fərcad-Azad 

Azərbaycan əsas yığma komandasının sabiq futbolçusu Pərdis Fərcad-Azad  oynadığı futbolla diqqəti bir o qədər cəlb etməsə də, porno videosu yayılandan sonra günlərlə ölkə mətbuatının gündəmindən düşmədi. Belə ki, onun almaniyalı məşhur model Qina-Liza Lofinqlə yayılan biədəb videosu gündəmi zəbt edmişdi. Həmin qadın isə zorlandığını iddia edərək onu və videonu çəkən dostunu Almaniyada məhkəməyə vermişdi. 

Həqiqət Qasımova

Qadın futbolçulardan ibarət milli komandamızın üzvü Həqiqət Qasımova da şampun reklamu üçün kamera qarşısına keçmişdi.

 

Naibə Məmmədova

шаблоны для dle 11.2
Tarix: 16-09-2019, 15:18




Xəbər lenti