Serjik Sərkisyanın Azərbaycandan başqa heç harda evi yoxdur?..-Fərasətsiz imiş...


Maşallah, bizim oliqarxların nəinki ölkənin, dünyanın, hər guşəsində, deyilənə görə, Ermənistanda da villası var... 




Ermənistanın terrorçu eks-prezidenti prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ deyilən ərazisindən başqa  guya heç bir yerdə daşınmaz əmlakı, yəni evi, villası yox imiş. 

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu barədə Ermənistanın üçüncü prezidentinin ofisindən məlumat verilib. 
Açıqlamada deyilir: "Prokurorluq cəmiyyətdə daha çox  terror qrupu olaraq tanınan “Sasna Tsrer”in uydurmasına əsaslanaraq həvəslə istintaqa başlayıb. Bu istintaqın nəticəsi deyilən uydurmaya ən yaxşı cavab olacaqdır. Əlavə edək ki, Serj Sarkisyanın Artsaxdan başqa heç bir yerdə daşınmaz əmlakı yoxdur”.

P.S. Deyəsən, Serjikin fərasəti olmayıb. Maşallah, bizim 25 ildən ildən çoxdur ölkəni talayan korrupsioner oliqarxların nəinki ölkənin, dünyanın, az qala, hər guşəsində villaları var. Deyilənə görə,  Qarabağda, hətta Ermənistanda da var...

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 22-11-2019, 09:29




Xəbər lenti