"Milyardları ruslara yedirdən bu şəxs prezident olmaq sevdasına düşübsə, arzuları gözündə qalacaq"





Siyasi elmlər doktoru, tanınmış siyasi analitik Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında bir neçə gün öncə Azərbaycan siyasi aləmini lərzəyə gətirən tənqidi fikirləri ilə gündəmə gələn Rusiyada yaşayan milyarder Fərhad Əhmədovu sərt tənqid edib:

"Mən Fərhad Əhmədovun fikirlərini oxuyanda heç də təəccüblənmədim. Onun Azərbaycanla olan probleminin nədən yarandığını anlaya bilmirəm. Əvvəla, bu adam Azərbaycanda doğulduğuna görə bu torpağa hörmətlə yanaşmalıdır. İkincisi, onun biznesinin bir hissəsi buradadır. Özü Göyçaylı olmaya-olmaya orada monopolist sahibkardır və istədiyini edir. Payon İcra hakimiyyəti nəyə görəsə bütün bunlara göz yumur.        
     
F.Əhmədov daha çox Rusiyada yaşadığına, orada evləndiyinə və orada milyarder olduğuna görə, rusdan çox rus olmaq istəyir. Senator olduğu vaxt ermənilərin iş]al etdiyi ata-babasının məkanı haqqında bir dəfə də olsun məsələ qaldırmadı. Halbuki, ermənilərin senatorların nəinki özləri, hətta pulla ələ aldığı başqa millətlərin hümayəndələrinə də bu işi gördürürlər. Mən bildiyimə görə. indiyə qədər F.Əhmədov belə bir təşəbbüsdə bulunmayıb. Milyardaları ruslara yedirdən bu şəxs, digər həmyerlilərimiz kimi, imkanı ola-ola Azərbaycanda qaşqın və köçkünlərə köməklə bağlı heç bir ciddi işi ilə gündəmə gəlməyib.   
      
Rusiya həmişə seçkilərdən öncə ölkəni qarışdırmaq üçün orada yaşayan adı və soyadı bizdən olanlardan istifadə edir. 2013-cü ildə biz bu xəyanəti yaşadıq və uğurla atlatdıq. İnşallah yenə də elə olacaq. 
        
Bütün bunlar təsadüfi deyil. Azərbaycanda yaşadığı ərazi çapında tanınmayanlar, millətin adına layiq olmayanlar, virtual aləmdə yaşayanlar, siyasətin əlifbasından belə xəbəri olmayanlar öz namizədliyini irəli sürməklə bu millətə və dövlətə problem yaratmaq istəyirlər. Rusiya siyasətçiləri çox gözəl bilir ki, həmin adamlar seçilə bilməyəcəklər. Lakin onlar potensial narazı kütləsinin formalaşdırılmasında hazır "xammal"dırlar. Bu faktordan Qərb də yaralanmağa çalışacaqdır. F.Əhmədovun maliyyə imkanları böyük olduğu üçün Rusiya ondan yaralanmağa çalışacaq ki, bu da siyasi sabitliyin pozulmasında istifadə oluna bilər. Mənə qəribə gələn odur ki, milyarder bir adamın belə bir provakasiyada iştirak etməsinə rəvac verən səbəblər hansılardır? Bəlkə kimlərinsə qisasını almaq istəyir. Parlamenti aşağılamaq heç vaxt Sizə siyasi dividend gətirməyəcək. Çünki onlar da sənin mənsub olduğun millətin nümayəndələridir. Yox, əgər prezident olmaq sevdasına düşmцsənsə, arzuların gözündə qalacaq".
Tarix: 13-12-2019, 22:47




Xəbər lenti