Hafiz Hacıyev: "Bəzi məmurlar o qədər rahatdırlar ki, üzlərindən sanki qan damır"





Xəbər verdiyimiz kimi yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə prezident İlham Əliyev vəzifələrindən sui-istifadə edən məmurlara irad tutmaqla yanaşı, onlara xəbərdarlıq da edib.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, cənab prezident dünən keçirdiyi iclasda haqlı iradlar Yalanları ilə cənab Prezidenti aldatmağa çalışırlar. Amma onlar unudurlar kimi prezident hər şeydən xəbərdardır. Cənab prezidentimizə xalqımızın köməyi və dəstəyi lazımdır. Əgər xalqımız cənab prezidentimizə dəstək olmasa bəzi məmurlar yalanları ilə onu aldatmağa çalışacaqlar. Çünki cənab prezidentimizin hər şeyi yoxlama imkanı yoxdur. Gərək ona bizlər də dəstək olaq. Düşünürəm ki, o məmurlar bu cür addımlarla ölkəni hara apardıqlarından xəbərsizdirlər. Cənab Prezidentimiz hər zaman xalqının taleyindən narahatdır. Bilirsiniz ki, düşmənlər torpaqlarımızı işğaldan azad etməyiblər. Əksinə, orada məskunlaşma işləri aparırlar. Çox təəssüf ki, bəzi məmurlar o qədər rahatdırlar ki, üzlərindən sanki qan damır. Hər biri kef içində yaşayır. Bəlli oldu ki, onlar millətin kartını oğurlayırlar. Əlbəttə, onların bir hissəsi həbs edildi. Digərlərinin həbs üçün işlər görülməlidir. Niyə tutulan icra başçılarına rəhbərlik edənlər həbs edilmədi? Bunların hamısı böyük faktlardır. Onların hər biri ortaya çıxmalıdır. Biz nəsə deyən zaman bizi qaralamağa çalışırlar. Hər halda çox ciddi proseslər başlayıb. Bu proseslərdə əminəm ki, cənab Prezidentimiz öz iradəsini göstərəcək".

Hafiz Hacıyev vurğulayıb ki, onun ətrafında olanların bəziləri bu günə kimi iqtisadi, siyasi və fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı tapşırıqları yerinə yetirməyib: "Bu gündən alverə başlayıblar. Dairə seçki komissiyalarında, rayonlarda saxta deputatların seçilməsinə çalışırlar. 25 il deputat olanları və "mən həzz alıram" deyənləri yenidən parlamentə qaytarmaq istəyirlər. Onlar çalışırlar ki, bu yolla ölkədə siyasi sabitliyi pozsunlar. Sabitliyi pozmağın da bir yolu var ki, cənab Prezidentin verdiyi bütün tapşırıqlara kölgə salsınlar. Cənab Prezidentimizin özü dedi ki, insanlarımızın yaxşı yaşaması üçün təyin etdiyim müavinatların kartlarını aparıb qohumlarının adına keçirdilər. Orada oturanlar bu prosesi görmürdülər? Bu gün parlament seçkilərində xalqın bir səsi nəzərə alıncaqmı? Çağırırlar birini metroya, digərini başqa yerə, rüşvətini alır. Ona görə xalqımızda böyük inamsızlıq yaranıb. Mən hər zaman cənab Prezidentimizi və onun siyasətini dəstəkləmişəm. Özü də gördü ki, ətrafındakılar düzgün olmayan, yalan informasiyalar verirlər. Deyilənlər üst-üstə düşmür".
шаблоны для dle 11.2
Tarix: 14-01-2020, 16:40




Xəbər lenti