Eldar Mahmudovun bankı vətəndaşın başına hansı oyunları açıb? - "Bu, cinayət izlərini açıqca gizlətmək deyilmi?!"

 
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Son günlər Azərbaycanda baş verən hadisələr (İcra hakimiyyəti başçılarının rüşvət və korrupsiyaya görə tutulması və s.) Sizin ölkəmizin hər bir vətəndaşının Prezidenti olduğunuzu bir daha təsdiqlədi. Və Sizin diqqət mərkəzinizdə konkret problemləri və konkret sualları olan insan dayanıb.

Bir neçə dəfə şahidi olmuşuq ki, korrupsioner məmurların yaratdığı problemlər sizin şəxsi müdaxiləniz sayəsində öz həllini tapmışdır. Hörmətli Prezident, məhz siz, ölkə vətəndaşlarının korrupsiya və rüşvətxorluğa məruz qalanlar barədə hesabat verməli olduqlarını və layiqincə cəzalandırılmalarını vurğulamısınız..

Hörmətli cənab Prezident, köməyinizə həqiqətən ehtiyacım var! Hər şeyini - ailəsini, işini, sağlamlığını itirmiş bir insanın səsini eşitməyə çağırıram. Bundan başqa, bu bədbəxtlik təkcə bir nəfərin deyil, məhz bir qrup yüksək vəzifəli məmurlara - korrupsioner məmurlara görə baş verib. Praktiki olaraq bu gün mən uçurumun lap dibindəyəm və tamamilə heç bir şeyim yoxdur ... Mənfəət əldə etmək məqsədi ilə səlahiyyətindən sui-istifadə edərək bu qeyri-insanlar məni aldatdılar və mənim əlimdən, təsdiqləyici rəsmi sənədlərim olduğu 9 mənzilləri aldılar. Demək olar ki, bu gün mən külək dəyirmanları ilə mübarizə aparıram və başa düşürəm ki, tək başına bunların öhdəsindən gələ bilmirəm. Yalnız Sizin müdaxilənizlə ədalət və qanunilik zəfər çala bilər ... Və inanıram ki, yalnız Siz mənə kömək edəcəksiz !!! Təəssüflər olsun ki, bu insanlar, Sizin yerli jurnalistlərə verdiyiniz müsahibədə qəti şəkildə qeyd etdiyiniz kimi, nə xalqdan, nə də Tanrıdan qorxmur ...

Bütün bunlar çox böyük bir səhv etdiyim, inşaatçısı ANT şirkəti olan, tikilən binada nağd pulla çoxlu sayda mənzil almaq qərarına gəldiyim 2007-ci ilin sentyabr ayında başlamışdı. Yuxarıda göstərilən ilin oktyabr ayında "AzəriQazbank"-dan 500.000 manat məbləğində kredit götürmüş və 9 mənzili kredit üçün girov kimi eyni banka girov qoymuşdum. “AzəriQazbank” ın tələbi ilə “ANT” ilə bağlanmış alqı-satqı müqavilələrinin əsillərini təhvil verdim və bu mənzilləri yuxarıda adı çəkilən bankın kredit şöbəsinin müdirinin adına rəsmiləşdirdim. Sizi öz uzun hekayəmlə yormaq istəmirəm, təkcə onu qeyd etmək istəyirəm ki, 2012-ci ilin dekabr ayında krediti qaytara bildim və mənzillərimi geri tələb etdim. Və burada əsl cəhənnəm başladı! İnsan ağlına sığmayan dərəcədə bir cəhənəm! Adıçəkilən bank, kreditin girovsuz mənə verildiyini əsas gətirərək mənzillərimi qaytarmaqdan imtina etdi. Üstəlik, bu "AzəriQazbank" və "ANT" şirkəti bu mübahisəli işlə bağlı məhkəmədə mübahisəli olan bütün sənədləri məhv etdi. Bu axı necə ola bilər !? Bu, cinayət izlərini açıqca gizlətmək deyilmi?! Axı sənədlər qanunvericiliklə və normativ

hüquqi aktlarla müəyyən edilmiş müddətə saxlanılır ... Məhkəmənin materiallarına əlavə edilməli olan mübahisəli sənədlə bağlı açıq şəkildə qanun pozuntusu var. Təəssüf ki, məni mənzillərin olmadığına, bütün bunların mənim xəyalımın bir təzahürü olmasına inandırmaq istəyirlər... lakin onlar bir şeyi anlamırlar ki, əlimdə bu mənzillərin mənə aid olduğunu təsdiqləyən rəsmi sənəd var!!!!

Bundan sonra mübahisəyə guya Yasamal ATS-nin ərazisində öz işçiləri üçün bu evin tikintisi üçün müqavilə bağladığı, Azərbaycan Rabitə Nazirliyinin "BakTelecom" şirkəti qoşuldu.

İndi mənə məlum oldu ki, Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayevin sədrlik etdiyi "AzəriQazBank" da prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin, digər hüquq-mühafizə orqanlarının işçilərinin və Milli Məclisin deputatlarının pullarını saxlanılır. Bina keçmiş rabitə naziri Əli Abbasov tərəfindən satılmışdı. Rabitə Nazirliyinin balansına qəbul edilməmişdi, binanın tikinti və smeta sənədləri mövcud deyildi. Bina mənim kimi insanların pulu ilə tikilmişdi.

“ANT Qroup” şirkətində Respublika Baş Prokuroru Zakir Qaralovun yaxın qohumu işləyir. “ANT” şirkəti həm o zamanki Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova, həm də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müdir müavini vəzifəsində işləyən, hal-hazırda Respublika Dövlət Təhlükəsizlik Xidmətinin sədri vazifəsində çalışan Əli Nağıyevə tikinti xidmətləri göstərmişdir.

“ANT” şirkəti Ədliyyə Nazirliyinin sifarişi ilə Kürdəxanı kəndində 1 nömrəli istintaq təcridxanasını tikmişdi və sifarişçi o zaman podratçı-tikinti şirkəti “ANT Qroup”-a 16 milyon manat borclu qalmışdı.

Cənab Prezident!

Maddi vəziyyətimi bərpa edə bilməyəcəyim ehtimalı azdır. Mənim üçün çox çətindi.

Əgər Siz müdaxilə etməsəniz, müsbət nəticə olmayacaq. Və mən heç vaxt qarət edildiyim mülkiyyət hüquqlarımı qoruya bilməcəyəm.

Nə vaxtsa qanuni yolla əldə etdiyim, lakin bu dövlətin yüksək vəzifəli şəxslərinin cinayətkar əməlləri nəticəsində itirdiyim doqquz mənzilin dəyərini qaytarmağımda mənə kömək etməyinizi xahiş edirəm. Xüsusilə vurğulamaq istəyirəm ki, daha sonra bu mənzilləri almış insanların evlərindən çıxarılmalarını tələb etmirəm.

İnanıram və ümid edirəm ki, mənə kömək edəcəksiz və məni darda qoymayacaqsınız.

Hörmətlə,

Rüstəm Ömərov

P.S. Mənim əlaqə nömrəm: +994 50 356 50 21


Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2
Tarix: 24-02-2020, 16:28




Xəbər lenti