Ailənin, ordunun və qəzetin yasaqlandığ “OĞRU DÜNYASI”: Qorbaçov SSRİ-ni dağıtmaq üçün “oğru”ları necə cəzalandırdı?

Ailənin, ordunun və qəzetin yasaqlandığ “OĞRU DÜNYASI”: Qorbaçov SSRİ-ni dağıtmaq üçün “oğru”ları necə cəzalandırdı? Rövşən Lənkəranskinin qətlindən sonra Azərbaycanda “oğru aləmi”nə maraq daha da artıb.

Bir çoxlarının “oğru” ideyası, onun yaranması, “oğru klanı”nın fəaliyyəti kimi məsələlər maraqlandırır. Cebhe.info bu marağı nəzərə alaraq “oğru dünyası” barədə bilmədiklərinizi təqdim edir. Bir çoxları düşünür ki, yaxşı adam “oğru” ola bilməz. Bir çoxlarının düşüncəsinə görə isə “oğru”ları pis edən məhz qara piardır. O piar ki, həmişə onların lehinə işləməyib.

Ailənin, ordunun və qəzetin yasaqlandığ “OĞRU DÜNYASI”: Qorbaçov SSRİ-ni dağıtmaq üçün “oğru”ları necə cəzalandırdı?

Kimlər “oğru”dur?

“Oğru”lar yaxşılardan oğurlayanlar yox, pislərdən oğurlayıb oğurladıqlarının bir hissəsini də insanlarla bölənlərdir. Oğurluq günahdır, ancaq oğurlayanlardan oğurlamaq günah deyil. “Oğru dünyası”nda belə deyirlər. Oğurluq onlar üçün yeganə həyat mənbəyidir. Daha sonra bunun üstündə onları öz biznes imperyalarını qura və beləliklə də “oğru”dan hətta iş adamına çevrilə biliblər. Xatırlayın: Hətta Rövşən Lənkəranski Türkiyədə güllələnəndə ilk xəbərlər mətbuata azərbaycanlı iş adamının qətlə yetirildiyi kimi yayıldı. “Oğru qanunu”na görə, aldatmaq və kiminsə əlindən ona məxsus olan sonuncu şeyi almaq olmaz. “Oğru” ancaq oğurlaya bilər- bu qaydadır. Başqa bir qayda isə kasıblardan oğurlamanın yolverilməzliyi və sonuncunun oğrulanmamasıdır. Yəni, oğurlayanda da mütləq nəsə saxlamaq lazımdır. Ancaq oğurluq “oğru” üçün varlanmaq mənbəyi hesab edilməyib, həyat tərzi də olmayıb, sadəcə statusuna uyğun etməli olduğu olub. Ənənəvi “oğru”lar sadə həyat tərzi sürüb və dəbdəbədən uzaq yaşayıb.

“Oğru qanunları” günaha görə cəzanı diktə edir

“Oğru” qaydaları heç yerdə yazılmır, onlar sadəcə nəsildən-nəslə keçir və yaddaşlarda, həyat tərzində qorunur. Bütün cəhdlərə baxmayaraq keçmiş SSRİ məkanındakı ölkələrin həbsxanaları hələ də “oğru qanunları” ilə yaşayır. Baxmayaraq ki, heç də bu həbsxanaların hamısında “oğru”lar cəza çəkmir. Bayırdakı və içəridəki həyatı bir-birindən fəqləndirən ancaq bir şeydir- azadlıqda hansısa günah cəzasız qala bilər, amma həbsdə bu mümkün deyil. Hər şeyin öz cəzası var və “oğru qanunları” bu cəzanı diktə edir. Deyirlər ki, həbsxana həyatı çətindir, ancaq daha ədalətlidir, orda hər kəs layiq olduğunu azadlıqdan daha tez ala bilər.

Ailənin, ordunun və qəzetin yasaqlandığ “OĞRU DÜNYASI”: Qorbaçov SSRİ-ni dağıtmaq üçün “oğru”ları necə cəzalandırdı?

30 il həbsdən sonra “tac”

Sovet dönəmində “oğru”lar həbsxanadan yan keçə bilmirdilər. 80-cı illərin ortalarında 30 il həbs yatmaq artıq norma hesab edilirdi. Azadlıqda yaşamaq həbsdə yaşamaqdan daha çətin idi. Bu, “oğru” üçün heç bir əhəmiyyət daşımırdı. Ailə yox idi, ev yox idi, azadlıqda olan “oğru” da stabil həyat sürmürdü, əgər o, üzün müddət bir yerdə yaşayırdısa, onu milislə əlaqədə ittiham edərdilər. Bu isə “oğru” üçün qəbuledilməz idi. Kriminal aləmdə “oğru”nun heç bir məhdudiyyəti yox idi, şəxsi həyatda isə vəziyyət fərqli idi. Hakimiyyətlə əməkdaşlıq etməmək- “oğru dünyası”nın ən vacib qanunu bu idi. Həm azadlıqda, həm də içəridə “oğru” hakimiyyətlə heç bir əməkdaşlıq edə bilməzdi.

Evlənmək, işləmək, orduya getmək və hətta azarkeşlik etmək OLMAZ

SSRİ-də hər şey dövlətə məxsus idi, “oğru” buna görə də işləyə, orduda xidmət edə, ictimai təkilatlara qatıla bilməzdi. Qadağa isə hətta qəzet oxumağa da şamil edilirdi. Milli futbol komandasına azarkeşlik etmək də “oğru qanunları”na zid idi. Səbəb isə bir idi- “oğru”nun leqal heç bir fəaliyyəti ola bilməzdi. Onun özünəməxsus mülkiyyəti, yaşayış yeri, ailəsi olmamalı idi. “Oğru”lara öz günahlarını etiraf etmək də qadağan edilirdi. Məhkəmədə çıxış etmək, şahid kimi dindirilmək, ifadə vermək “oğru qanunları”nda qəbulediməz hallar idi. “Oğru”ya ancaq bir şey olardı-insan taleyini həll etmək. “Oğru”ların alternativ ədalət məhkəməsi vardı, bu məhkəmədə verilən qərarların geri dönüşü olmazdı. “Oğru”nun əsas funksiyası- istənilən münaqişənin həlli idi. Qəbul edilən hər qərarın icrasında onu qəbul edənlər iştirak edirdilər. Heç kəs “oğru”ya necə edəcəyinə dair yol göstərə bilməzdi. “Oğru” sözü-son instansiyada həqiqət idi. “Oğru”nun qərarı müzakirəyə qoyulmur, rədd edilmirdi, hətta başqa “oğru” belə bu qərarı müzakirə və mühakimə etmirdi. “Oğru” başqasının probleminə biganə yanaşa bilməzdi. Hətta bu, onun həyatı bahasına da başa gələrdisə, “oğru” geri çəkilə bilməzdi. “Oğru”ları başqalarından fərqləndirən onların güclü ruhu idi. “Oğru”lar heç bir zaman hakimiyyətə can atmırdılar. Onlar başqalarının onların üzərində hakimiyyətə cəhd etməməsi ilə kifayətlənirdilər.

Ailənin, ordunun və qəzetin yasaqlandığ “OĞRU DÜNYASI”: Qorbaçov SSRİ-ni dağıtmaq üçün “oğru”ları necə cəzalandırdı?

Milliyyət və din ayrı-seçkiliyi yoxdur

“Oğru” aləmində milliyyət, din ayrı-seçkiliyi yoxdur. Həbxanada sanki Hindistan kastaları kimi qayda hökm sürür. Təmizlik əsas şərtlərdən biri idi. Eləsi olurdu ki, hətta “oğru”lar öz aralarında bu xüsusiyyətə görə onu “Brilliant” adlandırırdılar. Belə adamın hökmünü təsəvvür edə bilirsinizmi? Cinayət aləmində ancaq “orğu”lar insan adlanır. “Oğru” statusu ömürlük verilmir. Əgər kimsə onu təsadüfən alıbsa, uzun müddət özündə saxlaya bilməz. Çünki bu qaydalarla yaşamaq çox çətindir. “Oğru”lar mütəmadi olaraq öz sıralarını təmizləyirlər.

Gürcü “oğru”lar niyə sayca çoxdur?

“Oğru” ideyalarının müəllifi haqqında çox düşünülüb. Ancaq bununla bağlı indiyə qədər yekdil fikir yoxdur. Bəzi düşüncələrə görə, “oğru” ideyaları sovetlərin hakimiyyətinin ilk illərində yaranıb. “Oğru”ların mənşəyi haqqında da müxtəlif fikirlər var. Bəzisi bunu NKVD-nin rolu ilə əlaqələndirir. “Oğru”lar arasında milliyət məsələsi olmasa da, kriminal aləmdə gürcülərin çoxluğu maraq doğurur. Məlumatlara görə, ilk başlarda “oğru”lar arasında ruslar üstünlük təşkil edib. Gürcülər isə başqa millətlərlə eyni sayda olub. Bura azərbaycanlılar, özbəklər, çeçenlər daxildir. “Oğru”ların tarixi əvvəllər Rusiyanın şimalında yazılıb, bura Ural və Uzaq Şərq daxildir. 1960-cı illərdən başlayaraq qafqazlılar “oğru dünyasına” adlarını yazmağa başlayıblar. Daha sonralar uzun müddət belə bir qayda hökm sürüb- harda yaşayırsansa, orda da cəza çəkməlisən. Gürcü “oğru”lar bu qaydalara daha çox əməl edib. Gürcüstan millət atasının vətəni kimi xüsusi hörmət tələb edirdi. “Oğru” ideyaları burda hətta ibtidai və orta məktəbləri də sürətlə əhatə etməyə başlayırdı. Bu “hərəkat” Gürcüstanda 50-ci illərdən başlamışd. “Oğru ideyası” işləmək itəməyənlər üçün çox cəlbedici görünürdü. Ancaq Gürcüstan və Rusiyada “obşak” anlayışı bir- birindən müəyyən qədər fərqlənirdi. Əgər Rusiyada “oğru” ancaq cinayətkarlar arasındakı münaqişələri həll etməyə girişirdilərsə, Gürcüstanda hətta “qara bazar” da “oğru”ların təsr dairəsinə düşürdü. Gürcüstanda “qara bazar” inkişaf etdikcə “oğru”lara ondan daha çox pay düşürdü.

Bir neçə xanımı olan elit “oğru”lar

Gəlir artdıqca gürcü “oğru”lar öz kasıblıqlarından utanmağa başlayırdılar. Onlar daha dəbdəbəli yaşamaq arzusuna düşür və bunu reallaşdırmağa çalışırdılar. Rusiyada və digər ölkələrdə “oğru”lar üçün qəbuledilməz olanlar gürcü “oğru”lar üçün normaya çevrilirdi. Bu isə ilk növbədə “oğru”ları cinayətdən kənarlaşdırırdı. Müxtəlif mənbələrdən külli miqdarda gəlir əldə edən “oğru” artıq özü cinayət etməyin marağında olmurdu. Beləliklə də həm də həbsdə yatmaq istəyi aradan qalxırdı. Yeni qanunlar hazırlanırdı. “Oğru”lar getdikcə öz şəxsi evlərinə yerləşməyə, mülk sahibi olmağa başladılar. Gürcü “oğru”lar arasında hətta ailə quranlar da oldu. Tezliklə “oğru tacı” həm külli miqdarda gəlirin qarantı olmaqla yanaşı, atadan oğula ötürülən irs oldu. Tək yaşayan və həyatının böyük hissəsini həbsdə keçirən “oğru”ların yerini həbsdə olmayan, varlı, eyni zamana bir neçə xanımla münasibəti olan “ elit oğru”lar tutmağa başladı.

Yeni norma-narkotik

Gürcü “oğru”ların “elitarlığını” göstərən aləmətlərdən biri kimi narkotik onların həyatına daxil oldu. Artıq 70-ci illərdə morfi doldurulmuş hazır ampulalar Gürcüstan həbsxanalarını dolaşırdı. Və bu günə qədər də bir çox məşhur gürcü “oğru”nun narkotik asılılığı olduğu deyilir. Sovet hakimiyyəti illərində DİN “oğru”lara qarşı mübarizə aparırdı. Onlara elə şərait yaradılırdı ki, “oğru” məcburiyyət qarşısında qalıb öz titulundan imtina etsin. Onların arasında kimsə statusundan imtina eməyə razılaşırdısa, hakimiyyət dərhal onunla əməkdaşlıq edir, onu xidmətə götürür və beləliklə “oğru dünyasın”da fikiri ayrılığı yaratmağa çalışırdı. Bunun nəticəsində “oğru” sıralarından onlarla adam ayrılırdı. Ancaq təbii ki, hər kəsi kənarlaşdırmaq mümkün olmurdu.

KQB işə qarışdı

70-ci illərin əvvəllərindən etibarən vəziyyət dəyişməyə başladı. KQB “oğru”larla mübarizəyə qoşuldu. Belə fikir var ki, yenidənqurmanın okeanın o tayındakı qurucuları “oğru dünyasını” dərindən öyrənmişdilər. Aydın idi ki, öz sovet ideyasını yaxşı cins və ya koka-kolaya dəyişəcək sovet adamından fərqli olaraq “oğru”ları ələ almaq çətin olacaqdı. “Oğru” Brilliantın sözlərinə görə, Vladimirskdə onunla bərabər cəza çəkən məşhur dissident Bukovski hətta “oğru”ları siyasi mübarizəyə cəlb etməyə çalışırdı. Məqsəd Sovetlərin dağılmasında “oğru”ların yardımından istifadə etmək idi. Ancaq ona qəti “yox” cavabı verildi. “Oğru”ları prosesdən kənarlaşdırmaq üçün onların özünü zərərsizləşdirmək lazım idi. Bu missiya isə KQB-nin üzərinə qoyuldu.

SSRİ-ni dağıtmaq üçün “oğru”ları zərərsiləşdirmək

Liberal baxışları ilə fərqlənən Andropovun zamanında KQB ilk dəfə “oğru”lara qarşı açıq fəaliyyətə keçdi. “Oğru ideyası”nı məhv etmək üçün ən yuxarılarda dayananlara qarşı “yürüş” başladı. KQB zabitləri “verbovka°üçün ən nüfuzlu “oğru”larla görüşdülər. 80-cı illərdə buna müəyyən qədər nail olundu. Hakimiyyətlə işbirliyinə razı olan “oğru”ların sayı artdı. Qorbaçov hakimiyyətə gəldikdən qısa müddət sonra isə məşhur Brilliant “zon”da öldürüldü. Bu, “oğru dünyası”na açıq-aşkar hücumun nəticəsi idi və gələcəyə hesablanmışdı. SSRİ artıq dağılmaq yolunda idi...(Cebhe.info)
Tarix: 27-08-2016, 22:06




Xəbər lenti