Suriyada müharibə bitdi: Nüfuz bölgüsü uğrunda mübarizə başlayır - TƏHLİL

Suriyada müharibə bitdi: Nüfuz bölgüsü uğrunda mübarizə başlayır - TƏHLİL "Rusiyanın dəstəyi ilə Bəşər Əsəd müharibə zamanı itirilmiş ərazilərə qayıtmaq niyyətindədir" - belə bir açıqlama ilə ABŞ-ın "The Washington Post" qəzeti çıxış edib.

Cebhe.info-nun məlumatına görə, mənbə qeyd edir ki, Rusiya və İranın dəstəyi ilə hökumət qüvvələrinin Suriyanın şərqinə şiddətli hücumu ABŞ hərbçilərinin Raqqa şəhərindəki qələbəsindən sonra İŞİD-in nəzarətində qalan ərazilərin içərilərinə doğru hərəkətini pozur.


Bəşər Əsədə tabe olan qüvvələrin daha çox əraziləri tutması BMT-nin noyabr ayında Suriyanın gələcəyi ilə bağlı bərpa etmək istədiyi danışıqlarda rəsmi Dəməşqin siyasi mövqeyini gücləndirir. BMT-nin baş katibi Antonio Quterreş də bəyan edib ki, Suriyada vəziyyətin dəyişməsi siyasi prosesi ciddi çəkildə bərpa etməyə ehtiyac olduğunu göstərir.

Prezident Əsədin tabeliyindəki silahlı qüvvələrin irəliləməsi isə ABŞ dəstəklədiyi Suriya Demokratik Qüvvələri Əl-Bukamal şəhəri də daxil olmaqla ölkənin cənub-şərqində və Suriya-İraq sərhəddindəki kürd yaraqlıları ilə əlaqəsinin kəsilməsinə gətirib çıxarıb. Amerikalı məmurun verdiyi məlumata görə, Rusiya hərbi təyyarələrinin dəstəyi ilə Suriya ordusu Fərat çayı boyunca zərbələr endirərək təhlükəsizlik zonasının yaradılması barədə razılaçmanı pozub. Moskva hökumət qüvvələrinin ABŞ hərbçilərinin planlaşdırma məntəqəsi sayılan daha bir ərazinin mühasirəyə alınaraq zəbt edilməsi ilə razılaşıb. Söhbət İŞİD terror qruplaşmasının əsas liderlərinin gizləndiyi Əl-Məyadin şəhərindəh gedir. Terrorçular demək olar ki, heç bir müqavimət göstərməyiblər. Görünür, onların böyük əksəriyyəti qaçmağa nail olub.

Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Nikolas Herasın rəyinə görə, yaraqlıların gözlənilmədən qaçdığından Birləşmiş Ştatların həbçiləri terrorçuların Fərat çayı tərəfdəki əsas möhkəmləndirilmiş mövqelərə doğru irəliləməsində hökumət qoşunlarını qabaqlaya bilmək ehtimalını təkzib edib. "Çünki İŞİD yaraqlıları Əsəd qüvvələrinə qarşı kəskin döyüşə girməməyi qərara alıb. Bu yerlərdəki hadisələrin dəyişəcəyinə dair ehtimallara gətirib çıxarıb"-deyə Heras bildirib.

Hökumət qoşunları Rusiya hərbi aviasiyasının dəstəyi ilə şərqə doğru irəliləməsi nəticəsində çayın şərq sahilinə keçərək Suriyanın neftlə ən zəngin Deyr əz-Zor əyalətinin içərilərinə doğru irəliləməyə nail olublar. Xatırladaq ki, həmin ərazilər İŞİD-in nəzarətində olduğu dövrdə, terrorçu təşkilatın əsas gəlir mənbəyini təşkil edirdi.

Gərgin cəbhə xəttində ABŞ və Rusiya ordu nümayəndələri arasında gündəlik rabitə əlaqəsindən sonra hər iki ölkənin generalları iki görüş keçiriblər. Bu danışıqlardan biri İordaniya ərazisində baş tutub. Görüşdə Fərat çayı boyunca hava və ordu qüvvələrinin keçirdiyi əməliyyatlar müzakirə olunub.

Rusiyanın və İranın dəsətyi ilə şərqə doğru sürətlə hərəkət edən Bəşər Əsəd rejimi artıq Suriya böhranının öz xeyrinə yekunlaşdığı qənaətindədir. ABŞ-ın kürd yaraqlıları və Suriya hökumət qüvvələrinin yardımı ilə Raqqanı İŞİD-dən azad etməsindən sonra Əsəd rejiminə qarşı ən böyük təhlükələrdən biri aradan qalxıb. 5 ildən artıq davam edən qanlı vətəndaş müharibəsindən sonra diktator özünü qalib hesab edir. Ona görə də Suriya böhranənın nizamlanmasına dair Astana və Cenevrə danışıqlarında Suriya hakimiyyətinin daha barışmaz mövqedən çıxış edəcəyi gözlənilir. Ancaq müharibənin başladığı kimi başa çatması da Bəşər Əsədin siyasi iradəsindən asılı deyil. Suriyada və Yaxın Şərqdə geosiyasi marağı olan aktor dövlətlər konsensusa gəlmədən "qələbə və sülh" barədə danışmaq hələ real görünmür. Təbii ki, Bəşər Əsəd rejiminin qalmasında və hərbi əməliyyatlardan qalib çıxmasında Rusiya mühüm rol oynayıb. Moskvanın bu hərbi və siyasi uğurunu həm bölgə dövlətləri, həm də ABŞ tanımaq məcburiyyətində qalıb. Hazırkı vəziyyət Rusiyaya Suriyanın gələcək taleyinə dair hazırladığı "yol xəritəsi"ni Cenevrə danışıqlarında qəbul etdirmək üçün diplomatik təsir imkanı yaradır. Lakin ABŞ da Suriyadakı mövqelərini Rusiyaya və İrana təhfil vermək niyyətində deyil. Ona görə də Suriyada İŞİD-ə qarşı artıq yekunlaşmaqda olan hərbi əməliyyatlardan sonra Rusiya, ABŞ, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və İraq arasında geosiyasi nüfuz bölgüsü uğrunda yeni rəqabət mərhələsinin başlanacağınə söyləmək olar. ABŞ istənilən halda, İranın hərbi qüvvələrini Suriyadan çəkməklə İsrail sərhədlərinə və Aralıq Dənizi regionuna çıxışının qarşısnı almağa çalışır. Səudiyyə Ərəbistanı Rusiyanın Suriyadakı qələbəsini qəbul etsə də İrana münasibət məsələsində ABŞ-ın yanında yer alır. Getdikcə mövqeləri möhkəmlənən Əsəd rejimi isə daha geniş ərazilərə nəzarəti bərpa etmək üçün Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyir. Bu məsələdə Türkiyənin Rusiya və İranla maraqları toqquşa bilər. Çünki Moskva və Tehran rəsmi Dəməşqə birmənalı şəkildə dəstəyini davam etdirərsə, Ərdoğan iqtidarı ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər. Bu da öz növbəsində, Türkiyənin Cenevrə danışıqlarında Rusiyanın təklif etdiyi nizamlama planına qarşı çıxması deməkdir.

Bölgədə vəziyyət heç də təqdim olunduğu qədər sadə görünmür. Raqqanın azad edilməsindən sonra Suriya Demokratik Qüvvələri Əl-Mayadin və Əl Bukamaldan keçməklə çay aşağı hərəkət edərək İraq hökumət qüvvələri ilə birləşməyə, sonra da İŞİD-in əlində qalmış Əl-Kaym şəhərini geri qaytarmağa çalışır. Qeyd edək ki, Əl-Kaym İraq-Suriya sərhəddində yerləşir. "The Washington Post"un yzdığına görə, SDQ-nin əsl məqsədi İranın Tehran və Dəməşq arasında quru dəhlizinin yaratmasının qarşısını almaqdır.

Suriya Demokratik Qüvvələrinin daxilində də getdikcə fikir ayrılğının yaranması müşahidə olunur. ABŞ-ın hərbi dəstəyi ilə İŞİD-dən təmizlənmiş ərazilərdə kürd silahlıları öz hakimiyyətini qurmağa çalışır. Oktyabrın 19-da SDQ-nin sıralarında döyüşən bir qrup qadın PKK-çının Raqqada terrorçu Abdulla Öcalanın portretini qaldırması ciddi səs-küyə səbəb olub. Siyasi müşahidəçilərin fikrincə, bu hadisə Abdulla Öcalanı bir nömrəli terrorçu kimi həbs etmiş Türkiyəyə Suriya Demokratik Qüvvələrinə qarşı hərbi əməliyyatlara başlamaq üçün tutarlı arqument verə bilər. PKK-çıların sözügedən davranışı həm də SDQ-nin tərkibində döyüşən ərəbləri narazı salıb. Yerli ərəblər kürdlər tərəfindən idarə olunmaq istəmədiklərini bildirirlər. Bu baxımdan, Suriyada mövcudluğunu davam etdirmək istəyən ABŞ-ın PYD-yə dəstəyini gələcəkdə də davam etdirməsi ərəblərlə və Türkiyə iləkürdlər arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

Müşfiq Abdulla
Tarix: 21-10-2017, 17:55




Xəbər lenti