İraq və Suriya kürdləri arasında qarşıdurma dərinləşir

İraq və Suriya kürdləri arasında qarşıdurma dərinləşir İraq kürdləri hazırda bölünmüş vəziyyətdədilər. Bərzani və Tələbani cəbhəsində gərginlik hər ötən gün daha da artır. Kərkük əməliyyatının ardından bölgəyə düşən atəş gündən günə daha da alovlanır. İraqda bu iki tərəfin arasında bir də PKK-nın qolu olan PYD terror təşkilatı var. Bənzər vəziyyət Suriya üçün də keçərlidir.

Kərkük əməliyyatı kürdlər üçün hansı mənaya gəlir?
Şimali İraqdakı bəzi kürd qrupları Bərzaninin keçirdiyi qeyri-qanuni referenduma dəstək vermir. Daha aydın desək, qeyri-qanuni referendumdan sonra İraq ordusunun Kərkükə girərək kürdləri buradan çıxarması bunu deməyə əsas verir. Beləliklə, Tələbani cəbhəsinə yaxın olan peşmərgənin Bağdadla anlaşması nəticəsində bu iki kürd liderinin tərəfdarları arasında kriz daha da dərinləşib. Hadisələrin gedişatı isə onu götərir ki, bu kriz hələ uzun zaman davam edəcək.



İran Şimali İraqda kiminlə dost, kiminlə düşməndir?
İranın Şimali İraqda Tələbani cəbhəsi ilə olduqca isti münasibətləri var. İran Bərzaninin keçirdiyi qeyri-qanuni referenduma qarşı olduğu da məlumdur. Kürd olmalarına baxmayaraq bu, Tələbani cəbhəsi ilə İran arasındakı münasibətlərə heç bir mənfi təsir göstərməyib.

Kərkük əməliyyatları zamanı Tələbani peşmərgəsi ilə İraq ordusunun və Həşdi Şabi arasındakı razılaşma da bunu deməyə əsas verir. Ancaq bunu Bərzani cəbhəsi üçün demək çətin olardı.

Suriya rejimi ilə PYD münasibətləri
2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinin ilk aylarında Bəşər Əsəd rejimi Hasəki və Qamışlı bölgələrini PKK-nın Suriya qanadı olan PYD terror təşkilatına verdi. Məhz buna görə də, PYD Əsəd rejiminə qarşı vuruşan müxalifət qüvvələrinin yanında yer almadı. Lakin sonrakı illərdə ABŞ-PYD ittifaqı ilə Əsəd rejimi arasında bir sıra ixtilaflar yaranmağa başladı. Bu isə münasibətlərin rənginin dəyişməsinə səbəb oldu.



Deyr əz-Zorda İŞİD-ə qarşı aparılan əməliyyatların ardından terror təşkilatının bu ərazilərdən çəkilməsi, PYD-yə böyük fürsətlər yaratdı. Beləliklə, fürsəti əldən verməyən PYD bu əraziyə iddialı olduğunu bildirdi.

Son məlumatlara görə, Suriya ordusu iki hədtədir ki, PYD ilə gərgin döyüşlər aparır. Suriya tərəfinin açıqlamalarına görə, PYD-nin bu torpaqlardan çıxarılmağına olduqca az bir zaman qalıb və əlavə olaraq Qamışlı ərazisi də terror təşkilatının əlindən alınacaq.



Suriyadakı digər kürdlər kimlərlə əlaqəlidir?
“Suriya Milli Kürd Şurası” 2011-ci ildən bəri Əsəd rejiminin və PYD terror təşkilatının əleyhinədir. Şura üzvləri hətta bir neçə dəfə PYD-nin hücumlarına məruz qalıb.

Suriyadakı qeyri-PYD kürdləri Əsəd rejimindən fərqli olaraq, Bərzaniyə yaxınlığı ilə tanınır. Onlar Şimali İraqdakı qeyri-qanuni referendumla bağlı Bərzaniyə təbriklərini və hər cür dəstəklərini də ifadə ediblər.

Əsədlə Bərzani arasındakı düşmənçilik...


Rəsmi Dəməşq də Bərzaninin keçirdiyi referenduma qarşı çıxanlar arasındadır. Əsəd hökuməti İraqın ərazi bütövlüyünün qorunması ilə bağlı mövqe sərgiləyib və referendumun qeyri-qanuni olduğunu bildirib.

Lakin Suriyadakı rejim bunu da çox gözəl bilir ki, mövcud kriz onun da ölkəsinin başına gələ bilər. Üstəlik burada əlavə olaraq İran faktoru da var. Suriyada PYD xaricindəki kürdlər Bərzaniyə yaxınlıqları ilə tanınırlar. Onlar həm də Əsəd rejiminə müxalifdirlər.



Bərzani ilə PYD arasındakı münasibətlər...
PYD terror təşkilatı 2014-cü ildə Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani ərazisini ələ keçirdikdən sonra Bərzani peşmərgələrinin Türkiyə vasitəsilə Kobaniyə gəlmələrinə sərt təpki verdi.

Hazırda isə, Suriyada PYD terror təşkilatı ilə Rojava peşmərgəsi kimi tanınan Bərzaniyə bağlı olan silahlı qruplar və ona yaxın olan “Suriya Milli Kürd Şurası”nın arasına ixtilaflar illərdir ki, davam edir.(Musavat.com)
Tarix: 22-10-2017, 14:13




Xəbər lenti