Böyük Mason qruplaşması: İllüminatinin qərargahı tapıldı – Foto

Böyük Mason qruplaşması: İllüminatinin qərargahı tapıldı – Foto Gizli təşkilatlar haqda nəzəriyyə tərəfdarları gözlənilmədən illüminatilərin daim haqqında danışılan baş qərargahını tapmağa müvəffəq olduqlarını iddia edib.

Teleqraf.com xəbər verir ki, iddiaya görə həmin qərargah Avstraliyanın paytaxtında yerləşir. Bildirilir ki, təşkilatın rəhbərləri dünyanı məhz Avstraliyadakı bu qərargahdan idarə edirlər.


Söhbət Avstraliyanın parlament binası və ona aid ərazidən gedir. Konspiroloqlar bildirir ki, gizli rəmzləri olan bu binalar daxilində masonların məşhur rəmzi olan tək gözün yerləşdiyi nəhəng üçbucaqda birləşirlər. Bu heyrətamiz tapıntının müəlifləri Avstraliya parlamentini dəqiq öyrənmək üçün Kanberrinin kosmosdan çəkilmiş şəkillərindən isrifadə ediblər.

Quş uçuşu yüksəkliyindən baxılarsa, Kapitoli binasının özü və ətraf infrastrukturu özündə “ilahi göz”ü ehtiva edir. “İlahi göz” isə masonların qeyri-məhdud gücünü simvollaşdırır. Hətta parlament binasının özündə yerləşən şüşə piramidada insan gözünü seçmək olur.

Skeptiklər bunu pareydeyulyar illüziya hesab etsə də, alternativ araşdırmaçılar (onların arasında tanınmış alimlər də var) bu qədər təsadüfün mümkünlüyünə inanmırlar. Okkultizm və ezoteriya mütəxəssisləri isə bildirir ki, ümumiyyətlə, Avstraliya parlamentinin bədii tərtibatında saysız-hesabsız mason simvolları yer alır.

Qeyd edək ki, konspiroloqlara görə, illüminatilər çox qüdrətli və bütün insanlıq üçün son dərəcə təhlükəlidirlər. Bu mason təşkilatı gizli şəkildə bütün dünyanı idarə edir, müharibələr, inqilablar, epidemiyalar törədir və xalqları bir-birilə düşmən edir.Böyük Mason qruplaşması: İllüminatinin qərargahı tapıldı – Foto
Tarix: 19-11-2017, 14:58




Xəbər lenti