Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb

Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb Rusiyanın Çeçenistan Respublikasının Urus-Martan rayonunda polis postuna hücum edən iki nəfər öldürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Polis postuna hücum edən iki silahlı cavab atəşi ilə məhv edilib. Əsayiş keşikçiləri arasında zərərçəkən olmayıb. Silahlıların şəxsiyyəti müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, məlumatda deyilir.
Tarix: 19-11-2017, 22:09




Xəbər lenti