ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır
Artıq ABŞ Səudiyyə ilə Türkiyənin rollarını dəyişmək qərarına gəlib. Əvvəllər Türkiyə dünyəvi, Səudiyyə radikal islam dövlətləri idisə, indi onları əksinə təqdim etməyə çalışırlar. Guya Türkiyə radikal ictimai təşkilatlara dəstək verir və bununla radikal islamın yayılmasına çalışır.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin dekabrın 18-də Prezident Trampın ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasını elan edəcəyi və burda əksini tapan məsələlərlə bağlı fikirlərini şərh edərkən deyib. O bildirib ki, strategiyada ABŞ üçün həyati əhəmiyyət daşıyan 4 maddənin yer alacağı qeyd olunur:

“Bunlardan birincisi ABŞ dövlətini və ABŞ xalqını qorumaq, ikincisi ABŞ-ın rifahını yüksəltmək, üçüncüsü sülhü güc tətbiq etməklə qorumaq, daha sonra isə Amerikanın nüfuzunu artırmaqdır. Makmaster radikal islamın artıq xeyriyyə cəmiyyətləri, mədrəsələr və digər sosial qurumlar vasitəsilə yayıldığını önə çəkib və Türkiyə ilə Qətərin bu təşkilatlara sponsorluq etdiyini bildirib. O, onilliklər boyu Səudiyyə Ərəbistanının bu cür təşkilatlara dəstək verdiyini önə çəkərək onlara indiyədək təhlükə mənbəyi olaraq diqqət göstərilməməsini təəssüf hissi ilə qeyd qeyd edib. Makmaster Türkiyənin Qərb dəyərlərindən uzaqlaşdığını bildirib və ABŞ tərəfindən terror təşkilatı kimi qəbul edilən Müsəlman Qardaşları ilə Türkiyənin əlaqələrinə diqqət çəkib. Təsadüfi deyil ki, Müsəlman Qardaşları təşkilatını rəsmi olaraq Konqresdə terror təşkilatı kimi tanıya biləcəklərini də vurğulayıb”.

Politoloq qeyd edib ki, aydın görünür ki, ABŞ son zamanlar Türkiyə və Qətərlə münasibətlərinin pisləşməsi fonunda onları radikal islamı yaymaqda ittiham etməyə, gözdən salmağa çalışır:

“Türkiyədə islamı yaymağa çalışan da, mədrəsələrə sponsorluq etməyə çalışan da FETÖ olub. ABŞ onu ekstradisiya etmək əvəzinə, Türkiyəni radikallıqda ittiham edir və bu tam əsassız iddiadır. Heç şübhəsiz ki, bu iddianı öz milli təhlükəsizlik konsepsiyasına daxil etməyə vadar edən səbəblər Türkiyənin son dövrdə apardığı siyasət kursudur”.

Politoloqun sözlərinə görə, Türkiyənin İstanbulda islam ölkələrini toplayaraq ABŞ-ın Qudslə bağlı qərarını boykot etməsindən sonra ABŞ öz müttəfiqinə qarşı bu cür ittihamlar səsləndirməyə başlayıb.

Qeyd edək ki, Türkiyə XİN Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin Türkiyə və Qətərin radikal ideologiyaların yeni sponsorları olduğu ilə bağlı açıqlamalarına qarşı bəyanat yayıb.

“Ölkəmizin terrorçuluq və radikalizmin hər növü ilə necə mübarizə apardığını ən yaxşı bilməli olan bir vəzifənin sahibi Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin gerçəkliklə əlaqəsi olmayan iddiaları heyrətləndirici, təməlsiz və qəbul edilə bilməz mahiyyət daşıyır”, - XİN bəyanatında bildirilib.шаблоны для dle 11.2
Tarix: 15-12-2017, 10:25




Xəbər lenti