Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

    Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də “Təsis parlamenti”nin üzvü, “Sasna Tsrer” qrupunun üzvlərinin həbsdən azad olunması tələbi ilə artıq 31 gündür aclıq aksiyası keçirən Qaregin Çuqaszyanla görüşüb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, daha öncə Paşinyan Qaregin Çuqaszyanla telefonla danışmış və aclığı dayandırmağı xahiş etmişdi.

Paşinyanla görüşdən sonra Çuqaszyan aclığı dayandırmağa qərar verib. Jurnalistlərlə söhbətində o bildirib ki, bütün tələbləri yerinə yetirilib.

 

шаблоны для dle 11.2
Tarix: 24-05-2018, 23:26




Xəbər lenti