Diktatoru “dizə gətirən” səbəb: Ölkəni belə çökdürürlər


Şimali Koreya iqtisadiyyatı sanksiyaların mənfi təsirini getdikcə daha çox hiss edir. Belə ki, ölkə iqtisadiyyatının həcmində ciddi azalma qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə hesabatı Cənubi Koreya mənbələrinə istinadən  “Bloomberg" təqdim edib.

Ümumi Daxili Məhsulun həcmində azalma 2017-ci ildə 3,5 faiz olub. Bu isə son 20 ildə ən böyük rəqəmdir. Xüsusilə də 2016-cı ildə ölkə iqtisadiyyatının həcmində 3,9 faizlik artımdan sonra azalma daha çox diqqət çəkib.

İxracda da azalma qeydə alınıb. Burada il ərzində rəqəm 37 faiz olub. Xüsuslə xaricə kömür, dəniz məhsulları, tekstil satışının məhdudlaşdırılması təsirini göstərib. 

Mənbə bildirib ki, iqtisadi durum ABŞ prezidenti Donad Trampa Şimali Koreya lideri Kim Çen Inla danışıqlarda əlavə təzyiq üçün imkan yaradıb. 


шаблоны для dle 11.2
Tarix: 20-07-2018, 15:23




Xəbər lenti