Rusiya: pensiya etirazları və müharibə riskləri - Qərb mediasının qənaəti


“Rusiyada Putin illərinə rus sözü olan “nastroyeniye” çərçivəsindən baxmaqla bu ölkəni analiz etmək, şifrəsini açmaq və təsvir etmək olar”, - Fransanın “Liberation” qəzetindən Veronika Dorman yazır.
“Son bir neçə ayda 80-dən çox şəhərdə minlərlə insanın iştirakı ilə hökumət əleyhinə mitinqlər keçirilib, bunların bir çoxu isə “bəsit etirazçılar” deyil, əsl “rabotyagi”, yəni işçilərdir”,- “American Enterprise Institute” təşkilatı nəznində Rusiya araşdırmaları üzrə proqramının rəhbəri Leon Aron “The Wall Street Journal”da qeyd edir.
Müəllif rusiyalıların Putinin onlara arxadan bıçaq sapladığını düşündüklərini bildirir.
Yazıda xəbərdarlığa da yol verilib:
“Putinin başağrısı tezliklə Qərbin də başağrısına çevrilə bilər. Hər kəsin xatırladığı kimi, 2013-cü ildə Putinin reytinqi hakimiyyətdə olduğu 13 ilin ən aşağı göstəricilərinə malik idi. Putin bu vəziyyəti kütləvi dopinqlə keçirdiyi qalmaqallarla dolu Qış olimpiadası, Krımın işğalı və Ukrayna ilə müharibə ilə düzəltdi. Həmin vaxtdan bu yana hərbiləşdirlimiş vətənpərvərlik Putinin populyarlığının açarına çevrilib. Putin qızğın vətənpərvərlik pələngini özünə uyğun əhliləşdirib. Lakin bu “pələng” təzə və qanlı ət istəyir. Özü də pensiya islahatlarından sonra yeni “ətə” daha çox ehtiyac yaranıb. “Krım” və “Ukrayna”ların yerini isə Estoniya və Latviyadakı rus anklavları sayılan Narva və Latqaliya bölgəlri tuta bilər. Riskli adıdmdır. Lakin Putinin siyasi hesablarında xarici avantüralar daxili dalğalanmalardan daha az təhdid doğurur”.
Müəllif ruslaırn “qəpik qığılcımından Moskva yanıb” məsəlini xatrıladaraq yazır:
“Belə çıxır ki, ildə 15 milyard dollar qənaət olunması naminə (hərçənd, bu, Rusiyanın müdafiə və işğallara xərclədiyinin yanında heç nədir) həyata keçirilən pensiya islahatı həmin qəpik qığılcımına çevrilə bilər. Bu zaman Avropanın yanğınsöndürən maşınları hər ehtimala qarşı hazı vəziyyətdə durmalıdır”.(Musavat.com)

шаблоны для dle 11.2
Tarix: 21-10-2018, 10:03




Xəbər lenti