Xristianlarla müsəlmanlar arasında qanlı TOQQUŞMA - 55 ölü


Xristianlarla müsəlmanlar arasında qanlı TOQQUŞMA - 55 ölü

Nigeriyada müsəlmanlarla  xristianların toqquşması onlarla insanın həyatına son qoyub. 

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Kaduna ştatında şənbə gün baş verən toqquşmalarda 55 nəfər ölüb. İğtişaşlar cümə axşamı başlayıb. Həmin gün Kasuvan-Maqani şəhərindəki bazarda xristian və müsəlman malyükləyənlər arasında  başlanmış toqquşmalarda 2 nəfər ölüb. Gecə radikal gənc xristianlar müsəlmanlar yaşayan evlərə basqınlar edib. Münaqişəyə yerli sakinlər də qoşulub. 

Ölənlərin sayının artmasına polisin  təcili müdaxiləsi mane olub. Cümə günü  şəhərdə komendant saatı elan edilib. Qarşıdurmada  iştirak edən 22 nəfər fəal saxlanılıb.


шаблоны для dle 11.2
Tarix: 21-10-2018, 14:39




Xəbər lenti