Dünyanın ən yaxşı hava limanının adı açıqlanıb

             “Business Traveller Awards 2018” mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.
Trend-in məlumatına görə, Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə “tax-free” sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.
Aviaşirkətlər arasında “British Airways” 3 nominasiya üzrə qalib gəlib: “Qısa məsafələrə ən yaxşı daşıyıcı”, “Daimi müştərilər üçün ən yaxşı proqram” və “Ən yaxşı salon” (5-ci terminalın gözləmə zalına görə).
“Ən yaxşı loukoster” kateqoriyasında Britaniyanın “Easyjet” şirkəti qələbə qazanıb. “Şərqi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyasında “Aeroflot” birinci pillədə qərarlaşıb.
“Business Traveller Awards” mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir.шаблоны для dle 11.2
Tarix: 21-10-2018, 15:42




Xəbər lenti