Rusiya-ABŞ: Sanksiyalar müharibəyə aparır


Rusiya-ABŞ: Sanksiyalar müharibəyə aparır

Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası “Skripal işi” ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.

TASS xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib. “Biz sanksiyalarla bağlı qərarları qabaqlamaq istəmirik, lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, hazırda Rusiya ABŞ-ın sanksiyalar mübarizə aparır. ABŞ bundan əvvəl Rusiyanın maliyyə, bank sektoruna sanksiyalar tətbiq etdib. Maraqlıdır ki, ABŞ-Rusiya qarşıdurması Donald Trampın prezident seçilməsindən sonra alovlanmağa başlayıb. Baxmayaraq ki, hazırda da Tramp qalib olduğu seçkilərdə Rusiyadan dəstək almaqda ittiham olunur. Bu mübarizənin nə qədər davam edəcəyi haqqında isə konkret məlumat və mövqe yoxdur. Hər iki dünya gücü geosiyasi maraqlarını müdafiə etməyə, belə demək mümkündürsə, dünyaya sözünü eşitdirməyə çalışır. Bu nüfuz savaşından kimin qalib gələcəyini demək çətin olsa da, mövcud vəziyyətdə Suriyadakı mövqeyini nəzərə almasaq, ABŞ nisbətən üstün görünür.

Ekspertlər hesab edir ki, Trampın hakimiyyətdən getməsi iki dünya gücünün münasibətində müəyyən yumşalmaya səbəb ola bilər.

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Kreml sanksiyalara təmkinlə yanaşır: “2014-ci ildən bu yana ABŞ xarici siyasətinin əsas strateji istiqamətlərindən biri  Rusiyanı sanksiyalarla  təzyiq altında saxlmaq,  iqtisadi inkişafını əngəlləməklə  potensialını zəiflətməkdir. Əsası prezident Barak Obama tərəfindən qoyulan sanksiyalar  siyasəti Tramp administrasiyası dövründə daha da  sərtləşdi.  Sanksiyalar siyasəti ilə bağlı birmənalı yanaşma yoxdur, bir çox  ekspertlər hesab edirlər ki,   bu yanaşma avtoritar idarəteməni daha da bərkidir və son məqsədinə çatmır.  Bununla belə, alternativ  mövqeni müdafiə edənlərin fikrincə sanksiyalar  Rusiya və İranı, son zamanlar isə Çini daha ehtiyatlı olmağa, beynəlxalq mövqe ilə hesablaşmağa məcbur edir. Bununla belə, sanksiyalar ümumilikdə, azad ticarətə,  qlobal miqyasda iqtisadi inkişafa əngəl olur, ən başlıcası  qlobal qarşıdurma  yaradır. 

Nəzərə almaq lazımdır ki, Rusiya nüvə dövlətidir və İrandan fərqli olaraq  daha böyük potensiala malikdir. Hələ ki, Kreml bu sanksiyalara təmkinlə cavab verir. Amma  Kremlin təmkini  pozula bilər. ABŞ 1942-ci ildə Yaponiyaya neft embarqosu tətbiq etdi,  Tokio bundan sonra hərbi əməliyyatlara başladı. 

Ekspertlər xəbərdar edirlər ki, Rusiya ilə münasibətlər ABŞ-da daxili siyasi  mübarizənin predmetinə çevrilib və bu çox təhlükəlidir. Təhlilçilərin fikrincə,  Rusiyaya münasibətdə daha ehtiyatlı və uzunmüddətli strategiyaya ehtiyac var. Sanksiyalar tətbiq edərkən cəmiyyətin mənafeləri də nəzərə alınmalıdır”.

Vilayət Muxtar


шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 08:46




Xəbər lenti