MKİ DİREKTORU SENATORLARLA MƏXFİ TOPLANTIDA NƏDƏN DANIŞIB? –Türk kəşfiyyatının dəlilləri vəliəhdin sonunu yaxınlaşdırır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 05 dekabr 2018-ci il

 

Qapalı toplantıda MKİ direktorunu dinləyən senatorlar Türkiyənin ona verdiyi dəlillərin başında gələn mişar mövzusu üzərində duraraq, cinayətin şahzadə Salmanın məlumatı daxilində işləndiyini düşünməyə başlayıblar.

Qısa müddət öncə MKİ direktoru Cina Haspel Senatın Kəşfiyyat komitəsinə çağırılmışdı. O, “Xaşuqci cinayəti”haqqında danışacaqdı.

Son anda onun orada deyəcəklərindən qorxan Prezident Tramp, “icra hakimiyyəti” (“executive power”)səlahiyyətindən istifadə edərək, direktorun komitəyə getməsinə mane olub.

Senat buna böyük əks-reaksiya verib. Lindsi Qrehem kimi Trampa yaxın olan respublikaçı senator belə, “MKİ direktoru Cina Haspel gələnə qədər heç bir qərarı məndən keçirə bilməzlər” deyərək, ultimatum verib.

 

Haspel Senatda

 

Hər iki partiyadakı əks-reaksiyalar birləşərək yüksəlincə, Tramp geri addım atmağa məcbur olub.

Çərşənbə axşamı MKİ direktoru Cina Haspel Senata gedərək, bağlı qapılar arxasında qurumun liderlərinin və komitə rəhbərlərinin olduğu bir toplantıda MKİ-nin “Xaşuqci cinayəti” ilə bağlı görüşlərini anladıb.

Hazırda Vaşinqtonda ABŞ Konqresinin bu mərhələdən sonra şahzadə Salmanın ipini çəkəcəyilə bağlı gözlənti hakimdir.

 

Toplantı gizli idi

 

Çərşənbə axşamı keçirilən yığıncaq gizli dövlət məlumatlarının çatdırıldığı bir toplantı olduğundan, mətbuata qapalı keçirilib. Ona görə də, orada nə danışıldığını sadəcə sirr saxlama andı içmiş senatorlar bilir.

Ancaq MKİ bugünədək milli təhlükəsizlik sahəsindən yazan jurnalistlərə elə məlumatlar sızdırıb ki, Konqresə yaxın olan mənbələrin şərhinə görə, yalnız bunlar belə “Xaşuqci cinayəti”nin birbaşa şahzadə Salmana bağlanması üçün yetərli olacaq.

 

Ən son məlumat

 

Misal üçün, MKİ, ən son olaraq şahzadə Salmanın “Xaşuqcı cinayəti”nin baş verdiyi gün İstanbulda olan komanda ilə 11 dəfə mesajlaşdığını təsbit edib. Senatorlar xüsusilə “cinayət dəstəsi”nin özü ilə bərabər gətirdiyi Türkiyə tərəfindən müəyyən edilərək, haqqında MKİ-yə məlumat verdiyi mişarla bağlı suallar veriblər.

Konqres qısa müddət ərzində şahzadə Salmanı “Xaşuqcı cinayəti”ylə əlaqədar birbaşa təqsirləndirəcək və Trampın onunla əlaqəsini kəsməsini istəyəcək.

Ayrıca, şahzadə Salmana qarşı “Maqnitski qanunu” çərçivəsində birbaşa sanksiyalar tətbiq edəcək və onun ABŞ-da olan əmlakı müsadirə ediləcək.

Baş verən bu hadisələrə görə ən böyük zərbəni isə ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə birgə qurduğu Orta Şərqə yönəlik əməkdaşlıq strategiyası yeyəcək.

Konqres bu işdən əl çəkməyəcək, lakin Vaşinqtonda Ağ Evin necə reaksiya verəcəyi də maraqla gözlənilir.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 13:28




Xəbər lenti