Ermənistanda hərbçilər qar uçqununa düşdülər


Ermənistan ordusunda müqaviləli xidmət edən hərbçilərin bir qrupu qar uçqununa düşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə Syunik vilayətinin Sisian (Qarakilsə) şəhəri yaxınlığındakı ərazidə baş verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib ki, bir nəfəri çıxmaqla, qar uçqununa düşən hərbçilər xilas edilib. İtkin düşən hərbçinin taleyindən xəbər yoxdur. Hazırda axtarış işləri davam etdirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl anoloji hadisə Qeqarkunski vilayətindəki dağlarda baş vermişdi. Qar uçqununa düşən hərbçinin meyiti üç gün sonra tapılmışdı.


шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 14:05




Xəbər lenti