Rusiya S-500-ləri niyə üzə çıxarmır? – Amerikalılar açıqladı


Rusiya S-500-ləri niyə üzə çıxarmır?
Rusiyanın S-500 Prometey zenit raket sistemləri barədə yeni məlumatlar yaymaması S-400-ün ixracını təhdid altında qoymamasıyla bağlıdır.

Axar.az xəbər verir ki, bu məlumatı “Neşinl İnterest” qəzeti yayıb.

“S-500-lər 600 kilometr məsafəyə atış atmaq qabiliyyətinə sahibdir. Bu, S-400-ün imkanlarından 200 kilometr çoxdur. S-500 az görünə bilən qırıcıları aşkar etmək, həmçinin saniyədə 6,5 kilometr sürətlə uçmaq qabiliyyətinə sahib olan 10 döyüş başlığını eyni anda izləməyə qadirdir. Sistem silahlanmaya qəbul zamanı bir neçə dəfə dəyişdirilib. Ruslar qorxur ki, S-500-ün buraxılışı S-400-ün böyük ixracat uğurlarını məhv edər. Potensial müştərilər S-400-ə marağını itirə və onu köhnə hesab edə bilərlər. Türkiyə və Hindistan kimi vacib müştərilər bundan narazı qala bilərlər. S-500-lərin ixracının 2021-ci ilə reallaşdırılması mümkün deyil” – deyə o bildirib.
 
шаблоны для dle 11.2
Tarix: 10-01-2019, 22:14




Xəbər lenti