Brüs Linin taleyini tәkrarlayan mәşhur oğlu – Brendon Linin sirli ölümü – FOTOLAR – VİDEO







Fevral ayının 1-i mәşhur aktyor Brendon Li 54 yaşını qeyd edә bilәrdi, lakin o da atası Brüs Li kimi çәkiliş meydançasında aydın olmayan səbəblərlə öldü.

Onların hәyatında o qәdәr oxşarlıq, o qәdәr tәsadüf olub ki, artıq insanlar bu olaylara mistik bir hadisә kimi baxmağa başlamışdılar. Skeptiklәr isә etiraz edirdilәr: әgәr baş verәn hadisәlәr adi tәsadüflәr deyildisә, hәr iki ölümün sәbәbini oların lәnәtlәnmiş köklәrindә yox, Brüs Li vә Çin mafiyası arasında yaranmış münaqişәlәrdә axtarmaq lazımdır. Hәr halda, hәlә dә rәsmi mәlumatlara görә Brendon Li tәsadüfən, bәdbәxt hadisә nәticәsindә vәfat etmiş sayılır.

Brendon Brüs Emeri Li 1965-ci ildә Kaliforniyada anadan olsa da, atası Brüs Li yerli filmlәrdәn yetәrincә tәklif almadığına görә ailә bir müddәt sonra Honkonqa köçmәli olur. 3 yaşında Brendon atasının nәzarәti vә rәhbәrliyi altında Cit Kun-Do texnikasını öyrәnmәyә başlayır, 5 yaşında isә artıq atası ilә birlikdә müxtәlif televiziya verlişlәrindә ayaq zәrbәsi ilә hamar taxta parçalarını iki yerә bölmәyini nümayiş etdirir.

Brus Li “Ölüm oyunu” filminin çәkilişlәri әrәfәsindә ölәndә Brendonun cәmi 8 yaşı var idi. Onun ölümü o qәdәr qәribә idi ki… Rәsmi açıqlamalarda ölümün ağrıkәsici dәrmanların birinә qarşı orqanizmdә başlanmış allergiya sәbәb kimi gәtirilsә dә, buna heç kim inanmırdı. Sәbәb kimi zәhәrlәnərək öldürüldüyünü deyənlər də az deyildi.

Deyirdilәr ki, ölüm sifariş olunmuş vә qatilindәn “tәxirә salınmış ölüm” (bәdәnin müәyyәn nahiyәsinә endirilәn zәrbәdәn bir müddәt sonra xәsarәt alan yerindәcә keçinir) kimi tanınan xüsusi fәnd hәyata keçirilәndәn sonra baş verib. Ehtimal edilirdi ki, Brüs Li gәnc yaşlarından Çin mafiyası kimi tanınan “Triada”nın bir neçә üzvü ilә münaqişdә olub. Әfsanәvi qәhrәmanın vә döyüş ustasının adi allergiyadan ölә bilәcәyinә heç kim inanmıq istәmirdi.

Onun ölümündәn sonra yoldaşı oğlu ilә birlikdә Amerikaya qayıdır. Hәlә mәktәb dövrlәrindәn Brendon aktyorluğu öyrәnirdi, әn çox da özünü dramatik sәhnәlәrdә görmәk istәyirdi. Bu onun әn böyük xәyallarından biri idi. Hollivudda aldığı ilk tәklif atası haqqında çәkilәcәk bioqrafik filmdә elә Brüs Li rolunu canlandırmaq oldu. O, bu roldan imtina etdi. Brendon başa düşürdü ki, heç kim onu öz bacarıqları, istedadı olan aktyor kimi qәbul elәmir. O, sadәcә öz atasının adının kölgәsindә qalmışdı. İllәrlә gözlәdiyi şöhrәt ona 1991-ci ildә çәkilmiş “Balaca Tokioda qarşıdurma” filmindәn sonra gәlmәyә başlayır. Aktyorun atasının kölgәsi ilә apardığı mübarizәnin parlaq qәlәbәsi triumfu mistik triller olan “The Crow” filmindәn sonra baş tutmalı idi, hansı ki onun әn böyük ümid yeri idi.

Çәkilişlәrә 1993-cü ilin ferval ayının biri-aktyorun öz doğum günündә başlanmışdır. Mart ayının 31-i isә Brendon faciәvi şәkildә hәyatdan köçür: final sәhnәlәrin birindә filmdә әsas mәnfi obrazı canlandıran aktyor Maykl Massi Brendona boş güllә ilә atәş açmalı idi, lakin tapancanın lüləsində heyәtin gözünә dәymәyәn xırda bir detal ilişib qalmışdı – aldığı yara ölümcül olur vә 12 saatdan sonra Brendon kәskin qanaxma nәticәsindә xәstәxanada gözlәrini әbәdi yumur. Hәkimlәrin dediyinә görә, hәtta o sağ qalsa idi belә, onurğa sümüyünün zәdәlәndiyinә görә ömrünün sonuna qәdәr әlil arabasına bağlı olacaqdı.

Çәkilişlәrin sonuna 8, rejissorun kömәkçisi Eliza Xattonla toyuna isә 17 gün qalmışdı. Final sәhnәsinin çәkilmәsindәn 8 saat qabaq Brendon hәmin o tapancanı öz başına tuşlayıb tәtiyi çәksә dә, tapancanın atәşә hazır vәziyyәtә gәtirilmәdiyinә görә heç nә baş vermәmişdi vә atәş açılmamışdı. Filmin çәkilişlәrindә iştirak edәn heyyәtin başına әn әvvәldәn qәribә hadisәlәr gәlmәyә başlamışdı: gah avadanlıq yararsız hala düşürdü, gah anidәn yaranan qasırğa çәkiliş meydançasını yuyub aparırdı, gah da kimsә qәzaya düşürdü. Mәhz bu hadisәlәrә görә dә hәlә Brendon sağ ikәn bu filmi lәnәtlәnmiş sayanlar var idi. Lakin filmi sona qәdәr aparmaq qәrarı verilir. Brendonun ölüm sәhnәsi kәsilir vә onun iştirak etmәli olduğu qalan bütün sәhnәlәrindә onu kömәkçisi әvәz etmәli olur.

Brendon Li atasının ölümündәn 20 il sonra, onun kimi çәkiliş səhnəsində ölür: atası 32, özü 28 yaşında.

Bu filmdә Brendon qәtlә yetirilmiş rok musiqi ifaçısının canlandırırdı, hansı ki, dirilib öz qatillәrindәn intiqam almaq üçün qayıtmışdı. Elә rolunu ifa etdiyi baş qәhrәman kimi öz ölümü dә qәfildәn vә öz toyunu görmәdәn olmuşdu. Bu tәsadüflәr insanları baş verәn hadisәlәrin mistik olmasına inandırdı.

Film nümayişә çıxan zaman tamaşacı kütlәsi artıq Brendonun öldüyünü bilirdi vә ona görә dә filmә maraq dәfәlәrlә gözlәnildiyindәn artıq idi. Çox tәәssüf ki, dünya şöhrәti Brendona məhz  ölümündәn sonra gәldi.(nargin.az)



шаблоны для dle 11.2
Tarix: 10-01-2019, 22:35




Xəbər lenti