Avroparlament Rusiya əleyhinə sərt qətnamə qəbul etdi! – Moskvaya ağır zərbə

  Avropa Parlamenti Brüssellə Rusiya arasında siyasi əməkdaşlıq barədə qətnaməyə səs verib. Sənəddə «Şimal axını -2» layihəsinin dayandırılması çağırışı əksini tapıb.
Mətndə göstərilir ki, «Şimal axını-2» Avropa ittifaqının Rusiya qazından asılılığını gücləndirir, Avropanın daxili bazarına təhlükə yaradır və Avropa İttifaqının energetika siyasətinə və ya onun strateji maraqlarına uyğun gəlmir.
Sənəd aşağıdakı çağırışları nəzərdə tutur:
- Personal sanksiyaların genişləndirilməsi imkanlarına baxılsın,
– Rusiyanın maliyyə mənbələrinə və texnologiyalara girişi məhdudlaşdırılsın,
– Bundan sonra Moskva strateji həmkar hesab olunmasın.
Avropa Komissiyasına və Avropanın diplomatik xidmətlərinə təklif olunub ki, ləngimədən Avropa İttifaqı üçün ümumi «Maqnitski qanunu»nun işlənib hazırlanması üçün qanunverici təklif hazırlasın.
Bu, viza qadağaları və nöqtəvi sanksiyaların tətbiqinə imkan yaradacaq. Belə ki, bu, ayrı-ayrı şəxslər üçün «mülkiyyətin və maddi maraqların Aİ yurisdiksiyası daxilində bloklanamsı»na imkan yaratmalıdır. Həm də uyğun «sanksiya siyahısı»nın tərtib olunması nəzərdə tutulur.
Mətndə deyilir ki, Rusiya strateji həmkar sayıla bilməz, çünki həmkarlıq haqqında sazişin prinsiplərinə və əməkdaşlığa «daha əməl olunmur». Aİ üzvlərinə təklif olunub ki, Moskvaya yönəlik xarici siyasəti dəyişsinlər.
Qətnamənin təşəbbüskarı Latviyadan olan avrodeputat Sandra Kalniete olub.
Sənədin lehinə 402 deputat səs verib, 163 deputat əleyhinə səs verib, daha 89 deputat bitərəf qalıb.шаблоны для dle 11.2
Tarix: 13-03-2019, 23:36




Xəbər lenti