ABŞ nəhəng hərbi büdcəyə görə iflas edə bilər


“ABŞ-ın borc öhdəliklərinin artmasında əsas günahkar ölkənin hərbi-sənaye komleksidir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rezerford institutunun rəhbəri, amerikalı publisist Con Uaythed “CounterPunch” saytındakı məqaləsində yazıb.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin korrupsiyalaşmış məmurları hərbi ehtiyaclar üçün daha çox maliyyələşməni tələb edirlər. Özü də pulun böyük hissəsi heç də ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün ayrılmır.

Nümunə olaraq Con Uaythed “Open the Government” təşkilatının topladığı məlumatları gətirib. Buna görə, ABŞ Müdafiə Nazirliyinin son aldığı “silahlar” içində hər biri 53 min dollarlıq farfor masa dəstləri, hərəsi 9 min dollarlıq dəri kreslolar, 308 min dollarlıq spirtli içkilər, habelə 4,6 milyon dollarlıq lobster üstünlük təşkil edib.

2001-ci ildən bu yana ABŞ apardığı müharibələrə 4,7 trilyon dollar vəsait xərcləyib. 2053-cü ilə qədər isə hərbi məsrəflərin 12 trilyon dollara çatacağı gözlənilir.

Ölkənin borcu isə hər saatda 32 milyon dollar artır. ABŞ hökuməti İraqda hər 5 saniyəyə orta amerikalının illik gəliri qədər pul sərf edir.

шаблоны для dle 11.2
Tarix: 17-03-2019, 15:17




Xəbər lenti