“Tramp məni bura ona görə göndərib ki…” - Pompeo Soçidə mesaj verdi


“Tramp məni bura ona görə göndərib ki…” - Pompeo Soçidə mesaj verdi

Rusiyanın Soçi şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Maykl Pompeonun danışıqlarında əsas müzakirə mövzusu iki ölkə arasında tam dialoqun bərpası olub.

Cebhe.info xəbər verir ki, tərəflər danışıqlardan sonra birgə bəyanatla çıxş edib. Görüşün nəticəsi barədə Vladimir Putin də məlumatlandırılıb.

Görüşdə Suriya, İran, Koreya yarımadası kimi məsələlər müzakirə olunub. Bildirilib ki, bir çox məsələlər iki tərəfin də maraq dairəsindədir.

Bu, Pompeonun Dövlət katibi kimi Rusiyaya ilk səfəridir.

O, "Bizim bir çox məsələlərə ortaq maraqlarımız var. Biz bu məsələlərlə bağlı əməkdaşlıq edə bilərik. Biz xalqlarımızın daha yaxşı yaşaması üçün birlikdə işləyə bilərik. Buna görə Prezident Tramp məni bu mesajla bura göndərib ki, ideyalardan, layihələrdən danışım. Biz Şimali Koreya, Əfqanıstan, digər məsələrələ bağlı əməkdaşlıq edə bilərik. Həmçinin strateji dialoqdan danışa bilərik ki, bütün dünya bundan qazanar",- deyə vurğulayıb.

шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 10:00




Xəbər lenti