Türkiyəni necə təslim etmək istəyirlər? – 8 maddəlik DƏHŞƏTLİ PLAN

          Terrorla mübarizədə son illərin ən müvəffəqiyyətli dövrlərindən birini yaşayan Türkiyə PKK terror təşkilatının fərqli kateqoriyalarda axtarılan liderlərini bir-bir təmizləməyə başlayıb. Təhlükəsizlik gücləri “terroru mənbəyində yox et” prinsipindən hərəkət edərək istər ölkə daxilində, istərsə də xaricdə çox əhəmiyyətli əməliyyatlar təşkil edir. Bununla belə, son vaxtlar şəhid xəbərləri artmağa başlayıb. Son olaraq Tuürkiyə ordusunun İraqın şimalındakı nəzarət nöqtəsinə edilən hücumda bir əsgər şəhid olub. Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar son hadisələri dəyərləndirib. Terror hücumların kompleks qiymətləndirilməli olduğunu deyən Ağar son 14 gündə 14 şəhid verildiyinə dqqət çəkib. “PKK nə etmək istəyir?” sualına cavabı maddə-maddə sıralayıb.
1. Terrorçular Türkiyədəki siyasi qütbləşməni dərinləşdirmək, cəmiyyəti şəhid xəbərləri üzərindən bölmək istəyir.
2. PKK ünsürləri hər il mütləq qondarma “Bahar atılımı” adı altında hücum etmək istəyirlər. Onlar hələ də güclü olduğunu göstərmək istəyirlər.
3. Bu hücumların ardınca inkişaf edəcək siyasi nəticələr üzərindən Türkiyəni yeni bir açılım prosesinə məcbur etmək istəyirlər.
4.Cəmiyyətə və siyasət üzərində təsirini və bu təsirin davam etdiyini göstərmək istəyirlər.
5. Bu hücumlarla Qəndilin təsirinin davam etdiyini həm öz liderlərinə, həm də Türkiyəyə isbat etməyi qarşılarına məqsəd qoyurlar.
Abdullah Ağar üst-üstə gələn hücumların yalnız daxili siyasət deyil, bölgədəki bütün tarazlıqlar üzərindən oxunmasının daha doğru olacağının vurğulayıb.
1. Diqqəti Fəratın şərqindən yayındırmaq istəyirlər. Ekspertin sözlərinə görə, terrorçuların son dövrlərdə artan hücumlarda təməl hədəflərdən biri diqqəti mümkün olduğu qədər Fəratın şərqindən uzaq tutmaqdır. Ağar qeyd edir ki, təşkilat bu addımla təhlükəsizlik güclərini daxildəki əməliyyatlara həbs etmək istəyir.
2. Türkiyə, Rusiya və İranın qarşı-qarşıya gəlməsini istəyirlər. Ağar bildirir ki, terrorçular Türkiyə, Rusiya və İranın baş-başa gəlməsini də arzu edirlər.
“Təəssüf ki, bunu Tel-Rıfatda Rusiya ilə əlaqələrimizin pozulması məsələsində bacardılar. Onlar hücumlarla tez-tez Astana prosesini hədəf alırlar. Onların məqsədi Astana prosesini bitirməkdir. Suriyadakı türk bazalarına hücumlar son vaxlar artıb”, – mütəxəssis söyləyib.
3. S-400-lərin alınmasını təxirə salmaq və ya ləğv etmək istəyirlər. Ağarın sözlərinə görə, terrorçuların daha bir hədəfi Türkiyənin S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsinə, yaxud da təxirə salınmasına məcbur etməkdir.
“Sözügedən hücumları təşkil edən PKK-YPG ünsürlərinin müstəqil olmadığını hamımız bilirik. Bu terrorçular böyük güclərin təlimatı ilə hərəkət edirlər və onların maşası olaraq davranırlar. Bölgədə Türkiyəni istəməyən qüvvələrin planlarını tətbiq edən bir təşkilat olaraq əllərindən gələni edirlər. İlk hədəflərində Türkiyənin yalnız öz sərhədlərində terrorla mübarizəsi aparması və “Mehmetcik”in o bölgədən tamamilə çıxması var”, – Ağar yekunlaşdırıb.шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 15:34




Xəbər lenti