Amerika “İran təhlükəsinə qarşı” körfəzə əlavə qüvvələr göndərəcək


 

Demokrat konqresmen deyir ki, Tramp administrasiyasının Tehranla bağlı dəqiq strategiyası yoxdur, ancaq körfəzdəki fəaliyyətləri narahatlıq doğurur

ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə mövcudluğu İranın geri çəkilməsinə səbəb olub və başqa hücumlar həyata keçirsə belə, “amerikalılara qarşı mümkün hücumların” qarşısını alıb. “Amerikanın Səsi”nin məlumatına görə, belə bir açıqlamanı ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan verib.

Ötən gün Pentaqonda jurnalistlərlə söhbətində Pat Şanahan təhlükələrin hələ də qaldığını bildirib: “Bu o demək deyil ki, bizim bundan əvvəl müəyyənləşdirdiyimiz təhlükələr aradan qalxıb. Bizim ehtiyatlı cavabımız iranlılara yenidən hesablama üçün vaxt verdi”.

Şanahan deyib ki, “biz bu təhlükələr haqda danışırdıq və hücumlar da oldu”.

“Amerikanın Səsi”nin nazirin hansı hücumlardan danışdığı haqda sualına cavab olaraq polkovnik-leytenant Co Buççino bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatı İranın körfəzdə dörd neft tankerinə hücuma görə belə görünür məsuliyyət daşıdığına işarə edir.

Co Buççino ile ilgili görsel sonucu

Pat Şanahan və Tramp administrasiyasının digər yüksək səviyyəli rəsmiləri çərşənbə axşamı günü İranın Yaxın Şərqdə Ağ Evin iddiasına görə, yaratdığı təhlükələrlə bağlı Konqres üzvlərini məlumatlandırmaq üçün bağlı qapılar arxasında müzakirələr keçirib. Kapitolidə keçirilən görüşdə Şanahanla yanaşı, dövlət katibi Mayk Pompeo və Birgə Baş Qərargahlar rəisi general Cozef Danford da iştirak edib. ABŞ qanunvericiləri artıq günlərdir İranın yaratdığı təhlükələrlə bağlı informasiyanın verilməsini tələb edir.

Prezident Donald Tramp bazar ertəsi günü bildirib ki, İran “olduqca düşmən” mövqeyindədir və Birləşmiş Ştatların İranın aqressiyasına “tam güclə” cavab verməkdən başqa seçimi olmayacaq.

Sitat: “Biz İranın öz əlaltılarının arxasında gizlənməsinə imkan verməyəcəyik, amma Amerikanın maraqlarına hücum edilsə, biz birbaşa İranın özü, istərsə də onun əlaltıları vasitəsilə İrana müvafiq şəkildə cavab verəcəyik”.

Qeyd edək ki, mayın əvvəlində ABŞ hökuməti Fars körfəzinə əlavə qüvvələr göndərib. Amerika mətbuatı yazıb ki, körfəzdəki qüvvələrin sayının artması İrandan gözlənilən hücum təhlükəsidir.

Mayın 14-də Oman körfəzində ikisi Səudiyyə Ərəbistanına məxsus 4 neft tankerinə hücum olub. ABŞ hərbçiləri tankerlərə hücumun İran qüvvələri tərəfindən törədildiyini iddia etsə də, Tehran təkzib edib. Tehran bu hadisənin gərginliyi artırmağa yönəlmiş provokasiya olduğunu və İsrail tərəfindən törədildiyini bəyan edib. Sonrakı gün isə Yəmən husiləri Səudiyyə Ərəbistanı neft kəmərini 7 ədəd silahlı dronla vurub. Ötən bazar günü isə Bağdaddakı ABŞ səfirliyi naməlum silahlılar tərəfindən atəşə tutulub. Bütün bu hadisələrin ard-arda törədilməsi Yaxın Şərqdə gərginliyi sürətlə artırıb.

Trump ile ilgili görsel sonucu

Bəhreyndə yerləşən ABŞ-ın 5-ci donanması Ərəbistan dənizində təhlükələrə cavab verilməsi üçün hərbi dəniz qüvvələrinin patrulu və məşqlərinin gücləndirildiyini bildirib. Yaxın Şərqdə gərginliklərin artması ilə əlaqədar olaraq Birgə Baş Qərargahlar rəisi general Cozef Danford çərşənbə günü NATO üzvləri ilə görüşmək üçün Brüsellə planlaşdırdığı səfərini təxirə salıb.

Amerika âÄ°ran tÉhlükÉsinÉ qarÅıâzÉrif ile ilgili görsel sonucu

Ancaq rəsmi Tehran bu iddiaları təkzib edir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın mesajlarına cavab verərək, ona hədə gəlmək əvəzinə “hörmət göstərməyə çalışmağı” tövsiyə edib. “Təcavüzkarlar gəlib gedib, iranlılar isə minilliklər boyu ləyaqətlə dayanıblar”, qədim tarixə istinad edən Zərif bəyan edib.

ABŞ dövlət kk Times” qəzeti ABŞ-ın Fars körfəzinə 120 minlik qüvvə göndərəcəyi barədə xəbər yaysa da, prezident Tramp bu xəbəri təkzib edib. Eyni zamanda sonuncu dəfə Konqresdə brifinq verən hökumət rəsmiləri də müharibə ehtimalını rədd etsələr də, Pentaqonun İran ətrafına qüvvə toplaması narahatlıq yaradır.

Demokrat Partiyasından seçilmiş Konqres üzvü və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Abiqeyl Spanderger deyib ki, Tramp komandasının İranla bağlı hər hansı strategiyası ortaya qoyulmayıb, ancaq administrasiyanın İranla bağlı açıqlamaları narahatlıq doğurur./“Yeni Müsavat”/


шаблоны для dle 11.2
Tarix: 24-05-2019, 10:05




Xəbər lenti