Beynəlxalq ödəniş sistemləri ABŞ-ın təsir aləti rolunda


Ekspert: “Bu sistemlərdən xaric olunma ölkələr üçün ciddi çətinliklər yarada bilər”

Dünya iqtisadiyyatının 30 faizə yaxınına malik olan ABŞ-ın iqtisadi gücü bir sıra hallarda siyasi məqsədlərinə çatmaqda mühüm effekt verən vasitəyə çevrilir. Bu baxımdan, ABŞ-ın yaratdığı beynəlxalq bank və ödəniş sistemləri həlledici rola malikdir. Bu gün ABŞ faktiki olaraq Visa və MasterKard ödəniş sistemləri, SWIFT beynəlxalq bank sisteminin timsalında nəinki dünyanın ən böyük şirkətlərinə, həmçinin dövlətlərinə belə münasibətdə çox güclü təsir rıçaqlarına malikdir. Bu rıçaqlara görə hətta Avropa Birliyi, Çin kimi iqtisadi mərkəzlər belə ABŞ-ın mövqeyini qəbullanmağa məcbur olurlar.

Azərbaycan qeyri-nağd ödənişlərin səviyyəsinə görə əksər dünya, hətta MDB ölkələrindən geridə qalsa da, vətəndaşlarımızın çoxunun MasterKard və Visa ödəniş sistemləri barədə məlumatı var. Çünki demək olar ki, hər ailədə ya əmək haqqı, ya da pensiya və digər ödənişləri kartla əldə edən bir nəfər olmamış deyil.

Nədir bu ödəniş sistemləri? ABŞ-ın bu sistemlərə girişi məhdudlaşdırılması müxtəlif ölkələr üçün hansı problemləri yarada bilər?

Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, VISA və MasterCard dünyanın 210 ölkəsində 2 milyarddan yuxarı kartla xidmət göstərən beynəlxalq ödəniş sistemləridir: “Onların illik dövriyyəsi 5 trilyon dollardır. Yəni bu sistemlər dünyanın ən geniş yayılmış ödəniş sistemləridir. Hər iki sistem ABŞ-a məxsusdur, lakin hazırda bu sistemlər arasında ciddi rəqabət gedir. Hesab olunur ki, MasterKard daha çox ölkədə istifadə olunur. Belə ki, hazırda Visakarddan 200-dək, MasterKarddan isə 210-dək ölkədə istifadə edilir. Yəni fərq elə çox deyil. Sistemlərin əhatə etdiyi ticarət nöqtələrinin sayında da müəyyən fərq var: MasterKard 30 milyondan, VisaKard isə 20 milyondan yuxarı ticarət nöqtəsində keçərlidir.

ÐаÑÑинки по запÑоÑÑ iqtisadçı-ekspert Samir Æliyev

Visakardda ödənişlər dollar üzərindən, MasterKartda isə avro üzərindən icra olunur. Buna görə də ABŞ-a gedənlər üçün VisaKard, Avropaya gedənlər üçünsə MasterKarddan istifadə əlverişlidir. Azərbaycan vətəndaşları üçünsə bunun ölkə daxilində ciddi bir fərqi yoxdur, dollar və ya avro ilə ödəniş olunsa da, hesablaşma manatla hesablanır”.

Ekspert bildirir ki, hər iki şirkət ABŞ mənşəli olduğu üçün bu ölkənin bu və ya digər ölkəyə tətbiq etdiyi qadağalara əməl etməyə borcludular: “Mən xatırlayıram ki, bir müddət əvvəl hər iki sistemin Rusiyada fəaliyyəti qısa müddətə dayandırılmışdı və bu, ciddi çətinliklərə yol açmışdı. ABŞ qanunvericiliyi, hökumətin qərarları tələb edəcəksə, ayrı-ayrı ölkələrə bu ödəniş sistemlərindən istifadəyə məhdudiyyət qoyulacaq. Bu, həmin ölkələrin vətəndaşları üçün xeyli problemlər yarada bilər. Onlar məcburən alternativ axtarmalı, tutalım ki, Çinin yaratdığı China UnionPay ödəniş sisteminə qoşula bilərlər. Lakin ABŞ qadağaları adətən yalnız ödəniş sistemlərini deyil, bank sektorunu da əhatə etdiyinə görə bəzən bu da mümkün olmaya bilər. Bu baxımdan, qadağaya məruz qalan ölkələr böyük çətinliklərlə üzləşəcək. Xüsusilə SWIFT sistemində olan bankların alternativ ödəniş sistemlərinə qoşulması mümkün olmaya bilər”.

S.Əliyevin sözlərinə görə, beynəlxalq ödəniş sistemlərindən xaric olunma nağd ödənişlərin üstünlük təşkil etdiyi ölkələr üçün ciddi problem yaratmaya bilər: “Elə ölkələr var ki, ödənişlər daha çox nağd qaydada həyata keçirilir. Belə ölkələr üçün MasterKard və ya VisaKard sistemlərindən kənarlaşdırılma ciddi çətinliyə səbəb olmayacaq. Lakin ödənişlərin mühüm hissəsinin qeyri-nağd formada həyata keçirildiyi ölkələr üçün belə qadağalar böyük problem yaradar. Yəni bu ödəniş sistemlərinə aid kartların sahibləri hesablarındalı vəsaitlərlə heç bir əməliyyat həyata keçirə bilməyəcəklər, yerli bankomatlardan hər hansı vəsait çıxarılması mümkün olmayacaq. Eyni zamanda xarici ölkələrə gedən vətəndaşlar qeyri-nağd ödəniş tələb olunan ticarət və xidmət nöqtələrində heç bir əməliyyat həyata keçirə bilməyəcəklər”.

Ekspert onu da bildirdi ki, Azərbaycanda MasterKard və ya VisaKard istifadəçilərinin daha çox olduğunu müəyyənləşdirməyə imkan verən statistika açıqlanmır: “Amma bəzi məlumatlara görə, MasterKard istifadəçiləri daha çoxdur”./“Yeni Müsavat”/


шаблоны для dle 11.2
Tarix: 19-06-2019, 23:51




Xəbər lenti