Ermənistanda yalançı islahatlar və Serj Sərkisyanın “Baden-baden gecələri”


Ermənistanda Serj Sərkisyan və Qarabağ klanının hakimiyyətdən getməsindən sonra aparılan “islahatların” kosmetik xarakter daşıdığını Nikol Paşinyanı müdafiə edən mətbuat özü belə etiraf edir.

Xüsusilə Robert Köçəryan məsələsində indiki iqtidar liderinin meydanda qazandığını bürokratik masalar arxasında itirməsi göz önündədir.

Görünür, siyasi və hüquqi sahələrdə acizliyinin nəticəsidir ki, Nikol Paşinyanın çarəni yalnız əhalini məhkəmə qapılarını bloklamağa çağırmaqda tapıb.

Dövlət bürokratiyasında isə əvvəlki sistem öz ağalığını davam etdirir. Bu vaxta qədər Ermənistanda Robert Köçəryan xaric köhnə komandadan həbs olunan və ya “yığdığı pulu əlindən alınan” keçmiş məmur-oliqarxların həbsi xəbərləri hələ ki, gəlmir.

Deyəsən, heç bu baş verməyəcək də. Bunu ən azında məhkəmə sistemində aparılan kadr dəyişikliklərindən də görmək olar.

Doğrudur, Nikol Paşinyan Konstitusiya məhkəməsinə öz adamı sayılan Vahe Qriqoryanı birtəhər keçirə bilib. Lakin bu da hüquq-mühafizə orqanlarının işində köhnə qayda-qanunların qüvvədə qaldığı barədə xəbərləri səngitməyib.

Xatırladaq  ki, Nikol Paşinyan may ayında Robert Köçəryaın azad edilməsindən sonra məhkəmələrdə özünün “vettinq” adlandırdığı qanun pozuntularına adı qarışan hakimlərin işdən kənarlaşdırlması və ya məsuliyyətə cəlb edilməsi islahatını başlatdığını bəyan etmişdi.

00-199.jpg (52 KB)

Lakin müşahidələr onu deyir ki, erməni baş nazirin sözü yenə havada qalır.

Ən azından bunu Emrənistann Ali Məhkəmə Şurasına seçilən son üzvlərin adlarından da müşahidə etmək mümkündür. Yeni seçkilərdə İrəvanın ümumi yurisdiksiyasının hakimi Mesrop Makyan və birinci instansiya məhkəməsinin sədri Ruben Vardazaryan qalib gəlib. Sonuncunu Emərnistan KİV-ləri Serj Sərkisyanın siyasi sifarişlərini icra edən hakim və keçmiş kriminal-oliqarxik sistemin fəal nümunələrindən biri kimi qələmə verir.

Burada hazırkı baş nazirin artıq indidən keçmiş sistemin qarşısında geri çəkilməyə başladığını demək olar. Çünki bununla indiki iqtidarın üzərində çox durduğu və sələflərindən intiqam almaq üçün başlatdığı 2008-ci il 1 mart hadisələri ilə bağlı proses də suya düşür və onun legitimliyini şübhə altına alır. Bu da Robert Köşəryan üçün əsl qurtuluş sayıla və onun yenidən siyasət meydanına atılması üçün şəriat yarada bilər.

Üstəlik hadisələrin mərkəzində durmalı olan adam-keçmiş prezident Serj Sərkisyan kənarda qalıb. Onun adı ümumiyyətlə heç bir işdə çəkilmir və tükünə belə toxunulmur.

Qarabağ canisi isə hazırda Almaniyanın Baden-Baden kurortunda kefini sürdürür. Onun sarı çimərlik tumanı ilə sosial şəbkələrdəki görüntüsü əslində çox mətləbdən xəbər verir.

Yerli analitiklərdən birini yazdığı kimi Ermənistanın hər bir vətəndaşı Serj Sərkisyanın badenbaden fotolarını gördükdə ölkəsini qarət etdikdən sonra cəzasız qalaraq bu cür “kənara atılmağı” çox arzulayır.

“Serj Sərkisyan sübut edir ki, Ermənistanda bir il əvvəl inqilab falan olmayıb, çünki elə olsaydı on minlərlə insanın hədəfində duran şəxs indi burjuy səfasında üzməzdi”. Bunu Paşinyana yaxın sayılan saytın analitiki Sərkis Artsruni yazır.

Onun sözlərinə görə, Nikol Paşinyan “Niyə Serj həbsdə deyil” sualına cava verməməklə əslində küçərlə çıxan on minlərlə insanı təhqir edir.

Belə görünür ki, Sərkisyanın bahalı kurortdakı sarı üzgüçülük tumanı görüntüsü ilə indi Nikol Paşinyanın özünü ələ salır.

Elə köhnə polis sistemində də ciddi dəyişiklik yoxdur Ən azından Serj Sərkisyan yaxın iki şəxs, Valeri Osipyan Polis rəisi,  Unan Poqosyanın isə Sünik vilayətinin qubernatoru vəzifələrinə gətirilməsi “inqilab”ın kimlər üçün edildiyi barədə suallarını gətirib.

“Paşinyan Köçəryana ona görə uduzdu ki, sonuncu üçün oksigen rolun oynadı. Paşinyan Serj Sərkisyana da onun özünü proseslərdən kənarlaşdırması ilə barışaraq uduzdu”, erməni mətubuatında keçmiş iqtidarın tənqidçilərindən biri qəzəblə yazır.

Hər bir halda Ermənistanda bu vəziyyətin belə davam etməyəcəyi indidən görünür.

Erməni mətbuatı isə köhnə  klanın yeni nəfəslə intiqam və revanş hazırlığında olduğunun siqnallaırnı verir...

Musavat.com

шаблоны для dle 11.2
Tarix: 15-07-2019, 21:50




Xəbər lenti