Kolomoyskinin daşınmaz əmlakına qoyulan həbs qərarı ləğv edildi

 Ümumilikdə 415 obyekt həbsdən azad edilib
Kiyev Məhkəməsi ukraynalı iş adamı İqor Kolomoyskinin "Privatofis" şirkətinin daşınmaz əmlakına qoyulan həbs qərarını ləğv edib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA "Novosti" agentliyi yayıb.
Qərara əsasən, ümumilikdə 415 obyekt həbsdən azad edilib.
Qeyd edilir ki, 2017-ci ildə daşınmaz əmlaka həbs onun milliləşdirilməsindən əvvəl özəl bank tərəfindən israf və kreditlərin verilməsinə görə təşkilata qarşı cinayət işi çərçivəsində qoyulub.
Məhkəmənin qərarında əmlaka qoyulan həbsin çox qəddar olduğu vurğulanıb.
Kolomoyski Ukraynada ən zəngin insanlardan biri hesab edilir. Müxtəlif məlumatlara görə, onun varidatı təxminən 1,4 milyard dollar qiymətləndirilir. Kolomoyski Ukraynada ən böyük "Privat" sənaye-maliyyə qrupunun yaradıcısıdır, həmçinin aviaaktivlərə, metallurgiya, neft-kimya və mediada aktivlərə malikdir.
Daha əvvəl iş adamı Dnepropetrovsk vilayətinin qubernatoru olub, lakin Ukrayna hökuməti ilə münaqişə səbəbindən işdən çıxarılıb, nəticədə "Ukrtransnafta" şirkətinin rəhbərliyi dəyişib. Daha sonra Kolomoyski şirkət ətrafında münaqişə ilə bağlı Ukrayna Prezidenti və Baş naziri ilə əldə edilmiş razılaşmaların olduğunu bildirib. Rusiyada bir çox KİV-in "Avromaydan"ın sponsorlarından biri adlandırdığı Kolomoyskiyə qarşı Ukraynanın cənub-şərqində baş verən hadisələrlə bağlı qadağan olunmuş vasitələrin və müharibə üsullarının tətbiqi ilə bağlı cinayət işi açılıb. Nəticədə o, ölkəni tərk edib.
Hazırkı prezident Vladimir Zelenskinin hakimiyyətə gəlişindən sonra isə o, yenidən Ukraynaya qayıdıb.
Zelenski Ukrayna biznesinin nümayəndələri ilə görüşündə bildirib ki, İqor Kolomoyski Donbasın infrastrukturuna çox böyük məbləğdə pul yatıracaq.шаблоны для dle 11.2
Tarix: 16-07-2019, 00:04




Xəbər lenti