Avropa İttifaqından Donbas barədə vacib qərar

 Brüssel Moskvanın Donetsk və Luqansk bölgələrinin sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsinə başlamağa dair qərarından çox narahatdır və müvafiq sənədləri tanımamağa qədər tədbirlər görməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyasının bölmələri Avropa Xarici Əlaqələr Xidməti ilə birlikdə və Avropa İttifaqının Moskvadakı və Kiyevdəki nümayəndəlikləri ilə sıx əlaqədə işləyərək üzv ölkələr və onların konsulluqları üçün bu pasportların müəyyən edilməsi və mümkün tanınmaması ilə bağlı ümumi tövsiyələr üzərində işləyirlər.
Avropa Komissiyasının mətbuat xidmətindən “İzvestiya” ya verilən məlumata görə, bununla belə son qərar Avropa İttifaqına üzv ölkələrin olacaq.
Bununla yanaşı, artıq Latviya və Litva bu sənədlərlə bağlı radikal mövqe ortaya qoyublar. Bu ölkələrin xarici işlər nazirlikləri Rusiya pasportuna sahib Donetsk və Luqansk bölgəsinin sakinlərinə şengen vizalarının verilməsinə dair müraciətləri rədd edəcəklərini bildiriblər.
Öz növbəsində Moskva bu hərəkətlərə reaksiya verib və bu mövqeyi ikiüzlülük adlandırıb. Rusiya nümayəndələri bu tədbirlərin yalnız geosiyasi maraqlardan irəli gəldiyinə diqqət çəkiblər.шаблоны для dle 11.2
Tarix: 12-08-2019, 13:32




Xəbər lenti