NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: - Rusiya “Su-27”ləri hərəkətə keçdi

 NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

“RİA Novosti” xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib.

Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş.

Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib.
 шаблоны для dle 11.2
Tarix: 13-08-2019, 23:04




Xəbər lenti