Atambayev necə təslim oldu? - İşdən çıxarılan nazir müavini ilə bağlı MÜƏMMA


Atambayev necə təslim oldu? - İşdən çıxarılan nazir müavini ilə bağlı MÜƏMMA

Qırğızıstanın sabiq prezidenti Almazbek Atabayevin müşaviri, Sosial-Demokrat Partiyasının sədr müavini Gündüz Jildubayeva daxili işlər nazirinin müavini Kursan Asanovun müdafiəsinə qalxıb. 

Cebhe.info xəbər verir ki, nazir müavini Atambayev saxlanıldıqdan sonra vəzifəsindən azad edilib. Məhz onun sabiq prezidenti təslim olmağa razı saldığı deyilir.

Joldubayeva bildirib ki, Asanovun Atambayevdən pul alması, onu informasiya ilə təmin etməsi barədə söylənilənlər həqiqət deyil:

"Ona ləkə yaxır və nazir müavini vəzifəsindən azad olunmasına bəraət qazandırmaq istəyirlər. Atambayev onunla dialoqa başlayıb, çünki nazir müavininin səs tonunda uğurlu danışıqlara meyl hiss etmişdi".

Sədr müavini hesab edir ki, nazir müavininin işdən azad edilməsinə səbəb onun bu hərəkətindən sonra xalq arasında rəğbət qazanacağı narahatlığı olub. DİN rəhbəri də buna imkan verməmək üçün müavini azad edib.

Xatırladaq ki, Atambayevin saxlanılması əməliyyatı 7-8 avqustda keçirilib. 8 avqustda Atambayev təslim olduğunu bildirib. 

Onu təslim olmağa  nazir müavini Asanovun razı saldığı deyilsə də, daha sonra bu prosesdə nazir Kişkar Cuşunəliyevin rolu olduğu xəbəri yayılıb. Bu xəbər DİN tərəfindən mətbuata ötürülüb.  

Həqiqətdə isə əməliyyat başladığı zaman Asanov özü asayişi qorumalı olduğu ərazini tərk edərək, Atambayevin iqamətgahına gedib və orada sabiq prezidentlə danışıqlara başlayıb. Nəticədə Atambayev təslim olub.

Xatırladaq ki, Atambayevə qarşı səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.

шаблоны для dle 11.2
Tarix: 14-08-2019, 22:35




Xəbər lenti