“Prezident olmaq mənə baha başa gəlir” – TRAMP MİLYARDLARLA DOLLAR İTİRİB

 ABŞ prezidenti Donald Tramp indiki vəzifəsinə seçilməsi nəticəsində 3-5 milyard dollar itirdiyini bəyan edib. O, biznesmen karyerasından imtina elədiyinə itirdiyi gəlirləri və ona qarşı məhkəmə iddialarından müdafiə olunmaq üçün vəkillərə xərclədiyi vəsaiti hesablayaraq belə qənaətə gəlib. Tramp deyib: “Prezident olmağım mənim üçün sərvət bahasına başa gəlib. Təqribən 3-5 milyard dollar itirmişəm. Amma, bunun mənim üçün fərqi yoxdur, narahat deyiləm. Rəqiblərim hər gün mənim əleyhimə iddia qaldırdıqları üçün vəkillərə çox pul xərcləyirəm”.
Tramp bütün bunlara rəğmən, prezident postuna yenidən seçilmək niyyətində olduğunu bildirib./Hurriyyet.org/
шаблоны для dle 11.2
Tarix: 14-08-2019, 22:36




Xəbər lenti