Mağarada qurulan ölüm planı:İşləməyən telefondan zəng, solaxay bin Laden və dünyanı dolaşan yalan


Mağarada qurulan ölüm planı:İşləməyən telefondan zəng, solaxay bin Laden və dünyanı dolaşan yalan

2001-ci il 11 sentyabr hadisələrindən 18 il ötür. Məhz həmin gün “Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirildi.

Cebhe.info xəbər verir ki, yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi  hücuma məruz qaldı. Binaların daöılmasına səbəb güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur “Əkiz Qüllələr”in də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü.

Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Cənub Qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi. 

Nəticədə 3 minə yaxın insan öldü, 6 mindən çox insan yaralandı. 

Mağarada hazırlanan plan

Federal Təhqiqatlar Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib etdi. Bildirildi ki, Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlaşdırıb. FTB Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. Şübhəlilər 72 saat içində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misir vətəndaşları idi.

Bu hücumlar Amerika və dünya bazarına əhəmiyyətli dərəcədə təsir etdi. Nyu-York məzənnə fondu (NYMF) və Amerika Məzənnə Fondu sentyabrın 11-də açılmadı və senytabrın 17-dək qapalı qaldı. Məzənnə Fondu yenidən açılanda səhm bazarı 71%-dən 8921-ə endi, bu isə bir gündə qeydə alınan ən böyük enmə idi.

Günahkarlar elan edildi

Hadisədən br neçə gün sonra “Əl-Qaidə” lideri Üsame bin Laden günahkar elan edildi. Bu nəticəni ABŞ-ın Terror Aktları üzrə Milli Komissiyası da təsdiqlədi. Komissiyaya Nyu-Cersinin sabiq qubernatoru Tomas Kin rəhbərlik edirdi. Ancaq hadisədən 18 il keçməsinə baxmayaraq, hələ də komissiyanın rəyinə etiraz edənlər var və onlar ortaya az dəlil qoymurlar. Rusiyalı blogger Oleq Lurye bu etirazları ümumiləşdirib.

1-ci yalan- Mobl telefonlardan zəng

Komissiyanın rəsmi hesabatında “Boing”in bortunda baş verənlərlə bağlı bütün məlumatlar içəridən mobil telefonla verilən xəbərlərə əsaslanır. Məlumata görə, stüardessa Betti Onq və Madelin Suini hər biri 20 dəqiqədən artıq danışıb. Ancaq 2001-ci ildə təyyarənin bortunda zəng etmək texniki cəhətdən mümkün deyildi. Bu texnologiya ancaq 2004-cü ildə yaradıldı.

2-ci yalan-  Təyyarənin hərəkət sürəti

Komissiyanın hesabatında 175-ci reysin hərəkət sxemi verilib. Bu, Ümumdünya Ticarət Mərkəzinin Cənub qülləsinə çırpılan təyyarədir. Sxemə görə, təyyarə Trentonla Nyu-York arasındakı 85 km məsafəni 4 dəqiqəyə qət edib. Bu isə o deməkdir ki, təyyarə saatda 1200 km sürətlə hərəkət edib. Ancaq “Boinq767-200” saatda 1000 km-dən artıq sürətlə hərəkət edə bilməz. Bundan başqa, bu tip təyyarə ancaq 12 km hündürlükdə saatda 900 km sürətlə hərəkət imkanına malikdir. Hadisə baş verən zaman isə “Boing” dəniz səviyyəsindən bir neçə yüz metr hündürlükdə uçurdu. 

3-cü yalan- Qüllələrin dağılma səbəbi

Rəmi informasiyaya görə, 110 mərtəbəli 1-ci qüllə ona təyyarə çırpılandan 102 dəqiqə sonra dağılmağa başlayıb. İkinci qüllə isə 56 dəqiqə sonra uçub. Dağılma səbəbi kimi çırpılma zərbəsi və yanğın göstərilib. Ancaq binanın konstruksiyası elə hazırlanıb ki, 960 km sürətlə hərəkət edən “Boing-7072”nin zərbəsinə də davam gətirə bilərdi. Bu fakt binanı müəllifləri tərəfindən də təsdiqlənib. O ki qaldı yanğına, bu, “göydələn”dəki yanğının belə nəticələnməsinə dair dünya tarixində hələlik ilk hadisədir. Məsələn, 13 fevral 1975-ci ildə Şimal qülləsində yanğın baş verib. 11-ci mərtəbənin 65 faizi yanıb, yanğın 9-cu mərtəbədən 16-cı mərtəbəyə qədər çıxıb və 3 saat davam edib. Bu yanğının intensivliyi 11 sentyabr hadisəsi zamanı müşahidə edilən yanğından daha artıq olub, ancaq binanın strukturu zədələnməyib. Nə mərkəzi karkas, nə də mərtəbələrarası örtüklər zədə alıb. 

4-cü yalan- 3-cü qüllənin dağılması 

11 sentyabr terraktından danışanda əsasən iki Əkiz qüllələrdən danışılır. Ancaq həmin gün daha bir qüllə dağılıb- Ticarət Mərkəzinin 7-ci qülləsi. Baxmayaraq ki, ona heç nə çırpılmamışdı. Burada Federal Təhqiqatlar Bürosunun, Pentaqonun, Əks-Kəşfiyyatın, Fond Birjasının və bir sıra maliyyə mərkəzlərinin ofisi yerləşirdi. 11 sentyabrda saat 17 radələrində bu qüllənin 3 yerində yanğın başladı. Bundan sonra bina dağıldı. Rəsmi versiyaya görə, dağıntıya səbəb konstruksiyanın zədələnməsi olub.  BBC isə növbəti binanın dağılması xəbərini bina uçmazdan 20 dəqiqə əvvəl yayınlayıb. Bu zaman Nyu-Yorkdan xəbər verən müxbirin arxasında görünən qüllədə dağıntıdan əsər-əlamət yox idi. Daha sonra BBC bildirdi ki, reportajın hazırlanması üçün bütün materiallar itib. 

5-ci yalan- Terrorçular terroçu deyil

14 sentyabr 2001-ci ildə ABŞ Ədliyyə Nazirliyi 19 terroçunun siyahısını yaydı. Onlar 4 təyyarənin oğurlanmasında ittiham olunurdular. Terroçuların kimliyini müəyyənləşdirmək cəsədlərinin tanınması və pasportlarının tapılması nəticəsində  mümkün olmuşdu. Ancaq maraqlıdır ki, “Boinq” dağıldıqdan sonra pasportlar necə salamat qalmışdı. Cəsədin məxsus olduğu şəxslərin əşyaları arasından “Quran”  və təyyarələrin konstruksiyasına dair sənədlər tapılmışdı. Ancaq cəmi bir neçə gün sonra ölü olduqları bəyan edilən 19 terrorçudan bir neçəsi sağ-salamat üzə çıxdı. Məlum oldu ki, 11 sentyabrda onlar ümumiyyətlə, başqa ölkələrdə olublar. Xüsusilə də Səudiyyə Ərəbistanında. Nəticədə FTB rəhbəri Robert Müller etiraf etdi ki, təyyarələri qaçıranların şəxsiyyətinə dair heç bir hüquqi sübut yoxdur. Ancaq komissiya son hesabatından həmin 19 nəfərin adını çıxartmadı. 

6-cı yalan- Bin Laden Bin Laden deyil

Hadisədən bir neçə gün sonra mətbuat Usame bin Ladenin olayla əlaqəsinə dair çıxışını yaydı. Bu çıxış komissiyaya imkan verdi ki, Bin Laden 1 nömrəli terrorçu elan edilsin. Ancaq səsyazmasının həqiqiliyi qısa zamanda şübhə doğurdu. Çünki ordakı adamın səsi də, burnu da, dodaqları da, bığı da başqa idi. O, Bin Ladenə qətiyyən bənzəmirdi. Ən böyük sübut isə Bin Ladenin solaxay olmasında idi. Lentdəki adam isə ondan fərqli olaraq solaxay deyildi. Barmağında isə qızıl üzük parıldayırd. Bu, çoxlarına təəccüblü gəlmişdi, çünki müsəlmanlarda kişilərin qızıl üzük taxması haramdır. Hər halda Bin Laden bunu bilməmiş deyildi...  

шаблоны для dle 11.2
Tarix: 11-09-2019, 09:00




Xəbər lenti