Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq:"Qırdığın stulun pulunu ödəməlisən" - VİDEO

   Bu gün Türkiyədə bələdiyyə sədrləri ilə keçirilən toplantıda prezident Rəcəb Tayyib Ərdoğanla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında maraqlı dialoq olub.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantıda İmamoğlunun əyləşdiyi stulun qırılmasına reaksiya verən Ərdoğan İmamoğluna zarafatla belə deyib: “Bax, bu, israfdır, oturduğun stulu qırdın. Pulunu ödəməlisən”.
İmamoğlu isə “İkinci də daha diqqətli oturaram, əfəndim”, – deyə cavab verib.  шаблоны для dle 11.2
Tarix: 12-09-2019, 08:27




Xəbər lenti