Devid Qoldman: “Çinin son məqsədi Rusiya, Avropa və ABŞ-ı vassala çevirib qlobal imperiya qurmaqdır”


 

“Trampın Pekinlə bağlı instinkti doğrudur,lakin silah seçimi səhvdir”

Məşhur iqtisadçı və “Asian Times” jurnalının redaktoru Devid Qoldman Birləşmiş Ştatlar hökumətini Çinin imperiya ambisiyalarına cavab olaraq aqressiv strategiya sərgilməyə çağırıb.

“Pol Samuelsondan tutmuş Henri Kissiencerə qədər iqtisadçı və strateji alimlər 1981-ci ilə qədər Rusiyanın olduqca güclü mövqelərə sahib olduğunu düşünürdü. Reallıqda isə ABŞ Reyqanın hakimiyyətə gəlməsi ilə güc nisbətini tamamilə öz xeyrinə dəyişdirdi. SSRİ bunu ABŞ-İsrail ordusunun aviaelektronikada əldə etdiyi üstünlük sayəsində ard-arda qələbələr qazanası nəticəsində dərk etdi. Rusiyanın yerüstü atəş vasitələri olduqca qüdrətli görünsə də, ötən əsrin 80-ci illərində Qərbin innovasiyaları onu qalib tərəf çevirdi. XXİ əsrdə isə texnoloji yeniliklər daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hazırda Çinin elmlər namizədlərinin sayı ABŞ-dan 4 dəfə, elmlər doktorunun sayı isə 2 dəfə çoxdur”,-deyə Devid Qoldman məqaləsində yazıb.

Ekspertrin firkincə, Donald Tramp Çinlə bağl qorxu hisslərində yanılmır, lakin doğru strategiya sərgiləmir: “Çin hələ ki, ona cavab verməyə tələsmir. Çinlilər əvvəlcə Trampa hədiyyələrlə sakitləşən barbar kimi baxsalar, bu işə keçmədi. 2019-cu ildən başlayaraq isə rəsmi Pekin total ticarət müharibəsinə başlayıb. Çünki bu savaşdan ABŞ-dan daha az zərərlə çıxacağına inanır”,-deyə amerikalı alim bildirir.

Devid Qoldmana görə Donald Tramp sadəcə silahı düz seçməyib.O amerikan şirkətlərinin asanlıqla Çindən çəkə biləcəyini fikirləşir. Lakin Pekin artıq buna hazırlığını çoxdan görüb. Çünki dünya bazarında Çinin yüksək ixtisaslı işçi qüvvəsini əvəz edə biləcək güc demək olar ki yoxdur.

“Çin ruslaırn 1945-ci ildən sonra etdiyi kimi nə öz qonşularını işğal etməyə, nə də avropalılar kimi geniş əraziləri müstəmləkəyə çevirməyə can atır. O,dünyanı öz mənafeyinə uyğun şəkilləndirməyə, daha sonra isə Rusiya, Avropa və nəhayət ABŞ-ı vassalına çevirməyə çalışır. Onun vasitələri iri donanmalar, qayəqlar deytil, mobil geniş miqyaslı rabitə şəbəkələri, elektron kommersiya, böyük məlumatlar bazası və süni intellektdir”,-deyə məqalədə yazılıb.

Müəllif amerikalıların 1989-cu ildən sonra dünyanın  demokratiya və bazar iqtisadiyyatı konsepsiyası əsasında qlonbal liberal düzənə girməsi kimi kollektiv illüziyaya qapıldığını vurğulayaraq bildirir: 

“Çin və Rusiyanın nümunəsində görüldü ki, iqtisadi liberallaşma siyasi azadlığa gətirib çıxarmır. Çinin indi öz imperatoru var. Heç müsəlman dünyası da ABŞ-ın İraqda və Əfqanıstanda xərclədiyi trilyon dollarlara rəğmən demokratiyadan ötrü alışıb yanmır”.

Devid Qodlmanın gəldiyi rəyə görə, Çinin ən böyük üstünlüyü daşıdığı ambisiyalar və gəncliyinin enerjisidir. Lakin valideynlərinin bir vaxtlar  malik olduğu rifaha və həyat səviyyəsinə çata bilməyəcəyini düşünən bəbin amerikan gəncliyindən fərqli olaraq, 20 yaşlı çinlilər aylıq gəlirlərinin 900 avrodan 9 minə qədər yüksəldiyini görüblər və özlərinə olduqca əmindirlər.

“Biz dərk etməliyik ki, hazırda Çin hökuməti və kommunist parityası ilə deyil, 1,4 milyard çinli ilə rəqabət aparmalı olacağıq”,-deyə müəllif yekunda qeyd edib.

Musavat.com

шаблоны для dle 11.2
Tarix: 16-09-2019, 23:17




Xəbər lenti