Rusiya savaşı Şimal qütbünə daşıyır – Şok addım

 Rusiya Müdafiə Nazirliyi “S-400” hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş zenit-raket alayının Arktika bölgəsində (Şimal qütbü) yerləşdirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirliyin açıqlamasında yeni nəsil hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş Rusiya Şimal Donanmasının zenith-raket alayının döyüş tapşırığını yerinə yetirməyə hazır olduğu bildirilib.
“S-400”lərin bölgəyə dislokasiya edilməsi ilə Arktikadakı zenit-raket alayının nəzarət etdiyi hava məkanının sahəsinin xeyli genişləndirildiyin vurğulanıb.
Bundan əvvəl Şimal qütbündə “S-300” sistemləri vardı.шаблоны для dle 11.2
Tarix: 21-09-2019, 21:18




Xəbər lenti