Koçaryan "mürəkkəb olmayan" əməliyyat keçirəcək


Yaxın günlərdə Ermənistanın sabiq prezidenti Robert Koçaryan sadə bir əməliyyat keçirməli olacaq.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın aysor.am nəşrinə eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan deyib.

“Ciddi problemlər yoxdur. Düşünürəm ki, bir neçə gündən sonra Robert Koçaryanın səhhəti tam bərpa olunacaq",-deyə o bildirib.

Daha əvvəl erməni mediası xəbər yaymışdı ki, sentyabrın sonu və oktyabrın əvvəlində Robert Koçaryan iki dəfə xəstəxanaya aparılıb, orada müayinə edilib və sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Xatırladaq ki, keçmiş prezident 1 mart 2008-ci il tarixi ilə bağlı iş üzrə Ermənistanda konstitusiya quruluşunu devirməkdə, habelə başqa bir cinayət işində xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

шаблоны для dle 11.2
Tarix: 8-10-2019, 08:07




Xəbər lenti