Makronun NATO haqda sözləri qalmaqal yaratdı

 Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyin ölümü”nün baş tutması ilə bağlı açıqlaması Polşa mətbuatında sərt tənqid edilib.
Axar.az xəbər verir ki, Yakub Melnikin "Vpost" qəzetində nəşr edilən "Makron Kremlin yararlı axmağıdır" adlı məqaləsində Fransa liderinin özünün müttəfiqlərə kömək etmək niyyətində olmadığı qeyd edilib.
Fransanın hücum təhlükəsi ilə üz-üzə olmadığını bildirən jurnalist, Polşa da daxil olmaqla, Şərqi Avropa ölkələrinin belə bir problemlə üzləşdiyini iddia edib.
Avropa ölkələrinin ABŞ-ın dəstəyi olmadan öz təhlükəsizliyini təmin etmək qabiliyyətində olmadığı bildirilən məqalədə Soyuq müharibə dövründə və Sovetlərin dağılmasından sonra Avropanın artan problemlər qarşısında çıxılmaz vəziyyətə düşdüyü iddia edilib.
“Diplomatik çarəsizlik və hərbi qətiyyətsizlik 1990-cı illərdə Yuqoslaviyada baş verən qanlı müharibənin başlanmasının əsas səbəbləri idi. Bu müharibə yalnız amerikalıların müdaxiləsindən sonra bitdi. Bu əməliyyat avropalı müttəfiqlərin etibarını zədələməməkdən ötrü NATO adı altında həyata keçirildi”, - Melnik bildirib.шаблоны для dle 11.2
Tarix: 10-11-2019, 20:17




Xəbər lenti